Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Cari likvidlik əmsalı = cari aktivlər / cari öhdəlik



Yüklə 465,1 Kb.
səhifə24/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   20   21   22   23   24   25   26   27   ...   82
Audit yeni

Cari likvidlik əmsalı = cari aktivlər / cari öhdəlik

Bu əmsal ödəniş müddətində cari aktivlərin cari öhdəlikləri ödəmək üçün kifayət qədər nağd maliyyə vəsaiti ortaya çıxarmaq qabiliyyətinə malik olub-olmayacağını müəyyən edir.

  1. Ani likvidlik əmsalı = (cari aktivlər - mal-material ehtiyatları) / cari öhdəliklər

  2. Mal-material ehtiyatları dövriyyəsi = satışın maya dəyəri / mal-material ehtiyatları (illik say)

Mal-material ehtiyatların dövr müddəti = mal-material ehtiyatları / satışın maya dəyəri x 365 gün
Mal-material ehtiyatları günlərinin sayı yüksək olduqda anbarda da bir o qədər çox məhsul toplanır və bu məhsulları satmaq da çətin olur. Bu zaman mal-material ehtiyatlarının qiymətləndirilməsi diqqətlə araşdırılmalıdır.

  1. Orta borc yığımı dövrü = debitor borcu / kreditləsatış x 365 gün

Orta borc yığımı dövrü müştərinin kredit ödənişini etməsi üçün tələb olunan günlərinsayıdır. Bu əmsal orta debitor borclarından istifadə etməklədə hesablana bilər. Bu halda əmsal borcları ödəmək üçün orta müştəriyə lazımolan günlərin sayını göstərir.

  1. Orta ödəmə müddəti = kreditor borcları / kreditlə alışlar x 365 gün

Orta ödəmə müddəti hesabları ödəmək üçün müəssisəyə lazım olan günlərin sayını göstərir və aşağıdakı kimi hesablanır:

  1. Öhdəliklərin kapitala nisbəti = borc / (borc + səhm kapitalı) x 100

Öhdəliklərin kapitala nisbəti=ümumi uzunmüddətli borc/istifadə edilən kapital x lOO
Bu əmsal müəssisənin riskini və sabitliyini ölçür, çünki bu əmsal müəssisənin borcları və öz kapitalı arasındakı əlaqəni ifadə edir. Öhdəliklərin kapitala nisbətinin yüksək səviyyədə olması müəssisənin yüksək sabit faizli borcları ödəməli olduğunu göstərir


  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin