MÖVZU 4. АUDITIN METODİKASI VƏ TEXNOLOGİYASI ( AUDİTDƏ ƏHƏMİYYƏTLİLİK VƏ SEÇMƏ). Plan: Audit seçməsi
Аudit sübutlаrı və аnаlitik prоsedurlаr
Nəzаrət metоdlаrı
1.Audit seçməsi Məlum olduüu kimi auditor yoxlamasının vaxtı məhdud olduüundan, auditor yoxlama zamanı müxtəlif baş vermiş bütün əməliyyatları və onlara tərtib edilmiş sənədlərin hamısını yoxlamaq iqtidarında olmur. Seçməyə olan ehtiyac aşağıdakılarla xarakterizə olunur:
1) son dərəcə yüksək xərclər;
2) vaxt məhdudiyyəti;
3) ağlabatan əminlik.
Başdan-başa yoxlama bir qayda olaraq çох mühüm hallarda aparılır. Bu zaman əsas kütləvi əməliyyatların yoxlanılması seçmə üsulla həyata keçirilir. Bu da öz növbəsində auditin müddətini qısaldır və auditin ucuz başa gəlməsinə müsbət təsir göstərir. Audit seçməsininin əsas prinsipləri auditi planlaşdırılarkən istifadə olunmuşdur. Bu prinsip müştərinin uçоtunun aparılmasında olan “ağrılı nöqtələrin” seçilməsindən ibarətdir (BAS 530 “ Audit seçməsi”).
Seçmənin növləri. Adətən seçmə səviyyəli (mötəbər) olmasıdır. Buna nail olmaq üçün auditor təşkilatı aşağıdakı metodların birindən istifadə etməlidir:
Təsadüfi seçim;
Mütəmadi (daimi) seçim;
Kombinə edilmiş seçim.
Seçmənin düzülüş qaydası. Seçmənin düzülüşü üçün auditor təşkilatı mühasibat hesabatının konkret bölməsinin yoxlanılması qaydasını müəyyənləşdirir. Mühasibat hesabatının konkret bölməsinin yoxlamanın aparılma qaydası müəyyən edilərkən auditor təşkilatı qarşıya qoyulan məqsədə çatmaq üçün yoxlamanın məqsədini və auditor prosedurlarını müəyyən etməlidir.
Auditor nümunəsinin seçilməsi, müvafiq xüsusi seçmə metodların texnikasından istifadə etməklə həyata keçirilir. Seçmənin düzgün aparılması onun auditin qarşısında qoyulan tələblərə uyğun olmasını təmin etmək üçün məcmunun aşağıdakı xarakteristikasını nəzərdən keçirmək lazımdır:
məcmunun hansı növü ayrıca maddə təşkil edir
kompüter proqramı, əllə qeydlər yazılışı və s.
seçmənin ayrı-ayrı maddəsi hansı qayda ilə bütün məcmunun daxilində bölüşdürülür;
seçmə sıfır və ya mənfi həcm ölçüsünü əks etdirməlidir və s.
Seçmənin müəyyən edilməsi hər şeydən əvvəl aparılan təhlilin məqsədindən, habelə hər prosedura şamil edilməli olan riskdən asılıdır.