Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Auditor müəssisədə daxili nəzarətin təşkili qaydasını hərtərəfli öyrənmə­lidir



Yüklə 465,1 Kb.
səhifə17/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   13   14   15   16   17   18   19   20   ...   82
Audit yeni

3. Auditor müəssisədə daxili nəzarətin təşkili qaydasını hərtərəfli öyrənmə­lidir. Belə ki, əgər müəssisədə daxili nəzarət lazımi səviyyədə təşkil edilməmiş­dirsə, onda sənədləşmənin düzgün aparıl­ma­ması, səhvlər və hətta aldatmaq məq­­sədi ilə təhriflər, qeyri-qanuni və səmərəsiz vəsait şərfi faktlarına rast gəlmək mümkündür. əgər auditor məsləhətçi qismində kənar ekspertləri dəvət edirsə, onun kompetentliyinə əmin olmalıdır. Bununla yanaşı, yoxlama əsasın­da hazırlanmış nəticəyə görə auditor məsuliyyət daşıyır.
4. "Auditin planlaşdırılması" standartının tələbinə gö­rə auditorun işi yaxşı planlaşdırılmalı, hər şeydən əvvəl yoxlamanın aparılması üzrə plan hazırlanmalıdır. Plan tərtib olunarkən audit riskinin dərəcəsinə fikir verilməlidir. Bu məqsədlə müəssisənin istehsal fəaliyyətinin nəticələrinin qabaq­cadan təhlili aparılır. Belə təhlil auditin düzgün istiqamətini işləyib hazırlamaüa imkan verir.
5. Audit işinin həcmini müəyyən etmək üçün daxili nəzarəti nəzərdən keçir­mək və təhlil etmək, onun nəticələrinə nə dərəcədə inanmaüın mümkünlüyünü müəyyən etmək lazımdır. Daxili nəzarətin məqbul strukturu səhv və pozuntu­ların olması ehtimalını azaldır. Daxili nəzarət - informasiyaların işlənməsi pro­se­sində ciddi səhvlərin qarşısını almaq, aşkarlamaq və vaxtında düzəlişlərin edilməsi sistemidir. Buna görə də auditor yoxladıüı müəssisədə daxili nəzarətin strukturunu yaxşı bilməlidir.
6. Auditor rəyinin tərtib edilməsi zamanı dolüun əsas əldə et­mək üçün kifa­yət qədər sübutedici materiallar əldə olunmalıdır. Bunun üçün sənədli və fakti­ki nəzarətin tədqiq etmə, yoxlama, müşahidə, sorüu və digər üsul və qaydala­rın­dan istifadə olunur.
Auditin beynəlxalq normativində göstərilir ki, auditor maliyyə informasiyaları haqda əsaslı rəy tərtib etməyə imkan verən müstəqil prosedurları nəticəsin­də zəruri auditor sübutları əldə etməlidir. Auditor sübutları auditora yoxlanılan informasiya barədə tam fikir söy­ləməyə və müştəri tərəfindən buraxılan və gizl­ədilən yalan və səhv­ləri (bilərəkdən edilmiş səhv və pozuntular da daxil olmaqla) əsaslan­dır­ma­üa imkan verməlidir. Auditor rəyinin əsaslandıüı yoxlanılan məlu­mat­lar etibarlı və dürüst olmalıdır.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin