Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti
720
Iхtisаslаşdırılmış sаhələr (800-899)
39.
Xüsusimülahizələr – xüsusitəyinatlı çərçivələrdə hazırlanmış maliyyə hesabatlarınınauditi
800
40.
Xüsusimülahizələr – ayrıcamaliyyə hesabatlarınınvə maliyyə hesabatı xüsusielementlərinin, hesablarınınvə yamaddələrininauditi
805
41.
İcmal maliyyə hesabatlarına dair hesabatvermə tapşırığı
810
Auditin ümumi standartları aşağıdakı əsas qaydaları nəzərdə tutur:
1.Yoxlama auditi lazımi hazırlığı, ixtisası və lisenziyası olan şəxs və şəxslər tərəfindən aparıla bilər. Belə ki, beynəlxalq standartlara müvafiq olaraq, auditor özünün kompetensiyasının lazımi səviyyədə olmasına tam əmin olmadıüı halda həmin işdən imtina etməlidir. Auditor müəssisənin nəzəri və praktiki fəaliyyətində yeniliklərdən istifadə etməlidir. Aparılan yoxlamanın xaraktirindən asılı olmayaraq, o, hazırlıüı və təcrübəsi qarşıya qoyulan vəzifənin sferasına, miqyasına və mürəkkəbliyinə uyğun olan mütəxəssislər tərəfindən aparılmalıdır.
Auditor daim üzünün peşəkar ustalıüını artırmalıdır. Yüksək peşəkar auditor auditin nəzəriyyəsini və praktikasını bilir, müstəqil auditor üçün zəruri olan müəyyən hazırlıq, təcrübə və ixtisas səviyyəsinə malikdir.
2. Yerinə yetirilən işlərlə baüğlı bütün məsələlər üzrə auditorun və ya audiorların fikri dəyişməz qalmalıdır.Auditor yoxlamalarının nəticələrinin etibarlılığı üçün qanunverici və icraedici orqanlara münasibət ilə müvafiq müstəqillik səviyyəsinin olması vacib şərtdir. Qanunvericiliyə müvafiq olaraq auditor sənədlərdən istifadə etməklə yoxlama faktları üzrə qanunverici orqan üzvlərinə informasiya təqdim edə bilər. lakin o, siyasi təsir və təzyiqlərdən uzaq olmalıdır. Heç bir siyasi motivlər auditorun işinin yekunlarına təsir göstərməməlidir, audit qərəzsiz və şəffaf aparılmalıdır. Vacib şərtlərdən biri müstəqil auditorların öz səlahiyyətini yerinə yetirməsi zamanı icra orqanlarının onlara təsir göstərmək imkanının olmamasıdır.
Auditor yoxlanılan müəssisə ilə münasibəti elə qurmalıdır ki, sərbəst olaraq düzgün informasiyanı əldə etsin və qarşılıqlı anlaşma və qarşılıqlı hörmət əsasında onun müzakirəsini aparsın. Eyni zamanda auditorla yoxlanılаn müəssisə arasında münasibət yoxlamanın nəticələrinin obyektivliyinə təsir etməməlidir. Auditor, audit olunan müəssisənin idarəedilməsində və fəaliyyətində iştirak etməməlidir.
Auditin nəzəriyyəsində və praktikasında müstəqillik - hər şeydən əvvəl obyektiv və həqiqi fikir söyləməkdir. Auditorlar qərəzsiz və niyyətsiz olaraq yoxlanılan maliyyə hesabatlarını və digər informasiyaları öyrənməli, maliyyə informasiyalarını təqdim edən sifarişçilərə, vəzifəli şəxslərə, eləcə də onun istifadəçilərinə qərəzsiz münasibət göstərməlidir. Auditor audit prosedurlarını məhdudlaşdırmaq, müəyyən istiqamət vermək və ya dəyişdirmək niyyəti ilə yoxlanılan müəssisənin rəhbərlərinin onun işlərinə müdaxilə etməsinə imkan verməməlidir. Auditorlar kitablar, uçot yazılışları, işgüzar yazışmalar və digər informasiyalarla sərbəst tanış olmaq imkanına malik olmalıdır.