3.Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri Hər bir xidmət növü öz fəaliyyətini təşkil etmək üçün müvafiq hüquqi səlahiyyətlərə, vəzifələrə və öhdəliklərə malik olmalıdır. Audit fəaliyyəti sahibkarlıq fəaliyyətinə aid edilməklə, onların hüquq və vəzifələri «Audit xidməti haqqında» AR-nın Qanunun III fəslinin 12-ci və 13-cü maddələri ilə və AR Auditor Palatasının digər normativ sənədləri ilə tənzimlənir.
Auditorun və audit təşkilatlarının əsas vəzifəsi təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrə uyğun olaraq vaxtında və keyfiyyətlə audit yoxlamalarının aparılmasıdır. Həmin vəzifələrə aşağıdakılаr dахildir:
Müvafiq mühasibat uçotu qeydləri. Auditor öz vəsifəsini yerinə yetirərkən lazımi və müvafiq mühasibat uçotu qeydlərinin hazırlandığını və saxlanıldığını yoxlamalıdır. Auditor, həmçinin, lazımi audit prosedurlarının aparılması üçün baş çəkmədiyi filiallardan da zəruri rəsmi hesabatların alınmasını təmin etməlidir.
Qanunvericiliyə riayət etmək. Maliyyə hesabatlarını hazırlayarkən bütün müvafiq müddəalara riayət etmək auditorun əsas vəzifələrindən biridir.
Mühasibatlıq qeydlərinin yoxlanılması Auditorun vəzifələrindən biri də rəsmi hesabatları və mühasibat uçotu qeydlərini maliyyə hesabatları ilə müqayisə edib yoxlamaqdır. Əgər mühasibat qeydləri maliyyə hesabatlarına uyğun gəlməzsə və ya tamamlanmamış olarsa, o zaman bu fakt barədə səhmdarlara məruzə vermək auditorun vəzifəsidir.
Düzgünlük və ədalət. Yoxladığı maliyyə hesabatları barədə yekun audit rəyi hazırlamaq və ən yaxşı biliklərinə əsaslanaraq onun fikrincə maliyyə:
- Maliyyə Vəziyyəti Haqqında Hesabat (MVHH) ilə bağlı maliyyə hesabatlarının uçot dövrünün sonunda müəssisənin maliyyə vəziyyətini düzgün və ədalətli şəkildə təqdim etdiyini;
- Mənfəət Haqqında Müfəssəl Hesabat (MHMH) ilə bağlı maliyyə hesabatlarının qazanılmış gəlirlər və çəkilmiş xərclərin məbləğini düzgün və ədalətli şəkildə əks etdirdiyini.
Müvafiq açıqlamalar Auditorun başqa bir vəzifəsi maliyyə hesabatlarının və digər əhəmiyyətli açıqlamaların müvafiq qanunlara uyğun şəkildə təqdim edildiyini təmin etməkdir. Auditor həmçinin, şirkətdən direktorlara çatacaq bütün gəlirlərin və ödənişlərin hesabatlarda düzgün açıqlandığını da yoxlamalıdır.
Auditorlara əməl etməli olduğu qanunlar çərçivəsində öz vəzifələrini effektiv şəkildə yerinə yetirə bilmələri üçün aşağıdakıhüquqlaıı vardır:
a) Sənədlərə baxmaq hüququ. Auditorun lazım olan vaxtda icazəli, yaxud icazəsiz şəkildə audit sübutu toplamaq üçün şirkətin uçot qeydlərinə, vauçerlərinə və başqa sənədlərinə baxmaq hüququ var.
b) Məlumat və şərh hüququ. Auditorlar öz vəzifələrini effektiv şəkildə yerinə yetirə bilmək üçün istənilən işçilərə, yaxud şirkətlə əlaqəsi olan başqa şəxslərə hər hansı bir məlumat və ya şərhi ala bilmək üçün müraciət edə bilərlər.
c) Yazılı qərar əldə etmək hüququ. Şirkətin bir üzvü kimi auditorun verilən bütün qərarların yazılı surətini və bu qayda ilə həmin qərarla əlaqəli bütün sonrakı məlumatları əldə etmək hüququ vardır.
d) Görüşlər barədə bildiriş almaq və görüşlərdə iştirak etmək hüququ. Auditorun şirkətin bütün ümumi görüşləri (yığıncaqları) barədə bildiriş almaq və şirkətin digər işçiləri kimi bu görüşlərdə iştirak etmək hüququ vardır.
e) Danışmaq hüququ. Auditor şirkətin ümumi görüşləri zamanı bir auditor kimi onu maraqlandıran istənilən məsələ ilə bağlı danışmaq və başqaları tərəfindən dinlənmək hüququna malikdir.
"Audit xidməti haqqında" Azərbaycan Respublikasının Qanununun 17- ci maddəsində auditor xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və hüquqları təsbit olunmuşdur. Belə ki, sifarişçi auditin vaxtında və keyfiyyətlə aparılması üçün lazımi şərait yaratmalı, audit üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməli, onun sorüusu üzrə yazılı və ya şifahi izahatlar verməli, yoxlanılmalı olan məsələlərin əhatəsini məhdudlaşdırmaq məqsədi ilə auditorun fəaliyyətinə qarışmamalı, auditor tərəfindən aşkar edilmiş qanunvericiliyin və mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi üzrə müəyyən olunmuş qaydaların pozulması faktlarını vaxtında aradan qaldırmalıdır. Müəssisələr (şirkətlər və s.) auditor seçməkdə sərbəstdirlər.
Sifarişçi auditin aparılması ilə bağlı qanunvericiliyin tələbləri haqqında, eləcə də auditorun irad və nəticələri müəyyən edərkən əsaslandıüı normativ sənədlər haqqında tam məlumat almaq hüququ vardır və auditor belə informasiyaları sifarişçiyə təqdim etməyə borcludur. Sifarişçi auditora yoxlanmaüa verilən sənədlərin və digər informasiyaların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.