2.Аudit fəаliyyətinin lisenziyаlаşdırılmаsı Qeyd etmək lаzımdır ki, bir sıra sahələrdə, о cümlədən. аudit üzrə sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi xüsusi razılıq (lisenziya) vasitəsi ilə həyata keçirilir.Audit fəaliyyətinin lısenziyalaşdırılmasında əsas məqsəd bu fəaliyyət wzərində dövlət nəzarətıni həyata keçirməklə yanaşı, onun müvafiq standartlara uyğun olaraq təşkilini təmin etmək, keyfiyyətini yüksəlmək və səmərəli fəaliyyətinə müvafiq təminat verməkdən ibarətdir.
Auditor fəaliyyəti ilə məşüul olmaq üçün attestasiya Auditor Palatası tərəfindən təşkil edilmiş komissiya tərəfindən "Auditor xidməti haqqında" AR Qanununa və "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" əsasnaməyə uyğun həyata keçirilir.
Auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziya peşə imtahanlarını verdikdən və dö-vlət qeydiyyatına alındıqdan sonra 5 il müddətinə verilir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Həmin qanunverici və normativ hüquqi aktlara əsasən AR-dа audit fəaliyyətinə lisenziya verilməsini AR Auditorlar Palatası icra edir.
Auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyanı almaq üçün aşağıdakı sənədlər təqdim olunur:
müəyyən edilmiş formada ərizə;
hüquqi şəxsin nizamnamə və ya təsis sənədinin notarial qaydada təsdiq edilmiş surəti;
hüquqi şəxsin dövlət qeydiyyatı haqda şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
hüquqi şəxsin ştat cədvəli;
auditorların əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surəti;
təşkilatın rəhbəri və orada işləyən auditorlar haqqında məlumat;
lisenziyanın alınması üçün rüsumun ödənildiyini təsdiq edən sənəd.
Təsdiq olunmuş qaydalara əsasən lisenziya almaq üçün iddiaçının Auditorlar Palatasına təqdim etdiyi kompleks sənədlər palataya daxil olduüu gündən 15 gün ərzində araşdırılıb lisenziya verilməsi haqqında xüsusi qərar verilməlidir.
Auditor təşkilatının rəhbəri mütləq auditor olmalıdır. Rəhbərlə yanaşı təşkilatda ən azı auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyaya mаlik olan iki auditor da çalışmalıdır. Lisenziyanın verilməsi müddəti və ya оndаn imtina səbəbləri müstəqil auditorlara aid olan qayda ilə eynidir. Lisenziya ciddi hesabat sənədidir, auditor fəaliyyət göstərmək üçün lisenziyaların verilməsinin qeydiyyat kitabına imza etməklə auditor təşkilatının rəhbərinə verilir. Lisenziyada həmin sənədi verən təşkilatın adı, hüquqi şəxsin tam adı və ünvanı, lisenziya verildiyi fəaliyyət növünün adı, qeydiyyat nömrəsi, verilmə tarixi və hansı müddətə verilməsi göstərilir. Sərbəst auditorlar və auditor təşkilatları auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyanın müddətini artırmaq üçün yazılı formada ərizə ilə müraciət etməlidir. ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
a) sərbəst auditorlar:
fərdi sahibkar qismində auditor fəaliyyətinin göstərilməsi haqqında xüsusi formada məlumat;
ixtisasartırma kurslarında təhsil keçməsi haqda şəhadətnamənin surəti;
əmək kitabçasının notarial qayda təsdiq olunmuş surəti;
lisenziyanın müddətinin uzadılmasına görə rüsumun ödənilməsini təsdiq edən sənədin surəti.
b) Auditor təşkilatları:
təşkilatın rəhbəri və orada işləyən auditorlar haqda məlumat;
təsdiq olunmuş formada auditor fəaliyyətinin göstərilməsi haqqında məlumat;
lisenziyanın müddətinin uzadılmasına görə rüsumun ödənilməsi haqqında sənədin surəti.
Zərurət yarandıqda lisenziyanın müddətinin uzadılmasının mümkünlüyünü müəyyən etmək üçün digər sənədlər də tələb oluna bilər.
Bir qayda olaraq audit fəaliyyətinin lisenzıyalaşdırılması qaydalarına əsasən lisenziya verilməsində aşağıdakı hallarda imtina edilə bilər:
nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə, iddiazının ərızəsinə əlavə edilmiş sənədlərdə məlumatlar təhrif olunduqda və ya qeyri-dürüst göstərildikdə;
iddiaçının təqdim etdiyi sənədlər «Auditor Xidməti haqqında», «Sahibkarlıq fəaliyyəti haqqında» AR Qanunlarına;
audit fəaliyyətinin həyata keçirilməsi üçün qanunverıcılikdə müəyyən olunmuş şərtlər, o cümlədən ixtisas hazırlıüı, təhsil, staj və s. təmin olunmadıqda,;
iddiaçının əvvəllər audit fəaliyyəti göstərmək üçün aldıüı lisenzıyanın müvafiq qaydaları pozduüuna görə ləüvindən 2 il vaxt keçməmişsə və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənilmədikdə
AR-dа audit fəaliyyəti ilə məşüul olmaq üçün hüquqi və fiziki şəxslərə, habelə kənar vətəndaşlara verilmiş lisenziyalar aşağıdakı hallarda ləğv edilə bilər:
lisenziya sahibi tərəfindən audit xidməti göstərməsindən rəsmi olaraq imtina edildikdə və bu barədə yazılı ərizə təqdim etdikdə;
lisenziya sahibi tərəfindən normativ hüquqi aktların tələblərinə əməl edilmədikdə və yaxud AR qanunverıciliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəzinin fəaliyyəti dayandırıldıqda;
AR qanunvericiliyi ilə müəyyənləşdırılmiş qaydada audit fəaliyyəti ilə məşüul olan hüquqi subyektin müflisləşməsi faktı təsdiq edildikdə;
kənar auditor təşkilatının filialları və nümayəndəlikləri fəaliyyətə başladıqdan sonra tərkibində üçdən artıq auditor olarsa, müəyyən olunmuş vaxt ərzində üç auditorun olmasını təmin etmədikdə;
auditor təşkilatlarının və müstəqil auditorların müəyyən olunmuş forma üzrə hesabatları xəbərdarlıq edildikdən sonra belə vaxtında təqdim edilmədikdə;
AR qanunvericiliyində nəzərdə tutulmuş dıgər hallarda.