Statistik seçmə metoduaşağıdakı məqsədlərə nail olmaq üçün tətbiq oluna bilər:
1. Məcmu halda müəyyən miqdarda təhriflər və kənarlaşmaların aşkar olunması;
2. Aşkara çıxarılan kənarlaşmaların və ya təhriflərin yayınmasının miqyasının qiymətləndirilməsi.
Nümunəni müəyyən etmək üçün auditora onun sərancamında olan bütün informasiyaların deyil, onların yalnız auditora o hissəsi lazımdır ki, həmin hissə auditora baxılan sübutları əldə etmək və sonra qiymətləndirmək üçün kifayət etsin.
Qeyri-statistik seçmə metodu: - bu keyfiyyət əlamətləri üzrə təhlildir.
Seçimsiz seçim.Bu yoxlama prosedurların tətbiq edilməsinə görə seçmə metod tətbiq edə bilmədiyi halda həyata keçirilir. Bu prosedurlara aiddir:
analitik prosedurlar;
audit planlaşdırılarkən və idarə (iqtisadi subyekt) yoxlanılarkən istifadə edilən sorğular və müşahidələr;
balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% yoxlanılması.
Auditor təşkilatı seçimə düşən hər hansı bir səhvi hökmən təhlil etməli və seçim riskini qiymətləndirməlidir. Seçmə riski - auditorun nümunəyə əsasən gəldiyi yekun nəticənin eyni audit prosedurunun ümumi icmala tətbiq edilməsi halında gələ biləcəyi nəticədən fərqli olması riskidir. Seçimə düşən səhvlər təhlil edilərkən auditor təşkilatı ilk növbədə həmin səhvin xarakterini müəyyənləşdirməlidir. Auditor təşkilatı səhvləri kəmiyyət cəhətdən qiymətləndirməlidir, daha doürusu onların mahiyyəti və səbəbini, ona təsir edən amilləri, habelə onların ardıcıl digər sahələrinə təsir imkanlarını da müəyyən etməlidir. Auditor müəyyən olunan hər bir təhrifin və ya kənarlaşmanın səbəbini və mahiyyətini araşdırıb, onların audit prosedurunun məqsədinə və auditin digər tərəflərinə ola biləcək mümkün təsirini qiymətləndirməlidir
Nəzarət üzrə yoxlamaların əsas məqsədi aşağıdakı amillərlə bağlı qiymətləndirmə aparmaqdır:
nəzarət mexanizmlərinin audit olunan dövrü ərzində müvafiq vaxtlarda necə tətbiq olunması
onların bu dövr ərzində ardıcıl tətbiq olunması səviyyəsi
bu nəzarət mexanizmlərinin kimlər tərəfindən və nə şəkildə tətbiq olunması