Obyektivlik (vicdanlı, müstəqil, obyektiv olmaq). Peşəkar mühasib obyektiv və ya tərəfsiz olmalıdır. Bütün peşəkar qərarların qəbulu zamanı mühasiblər əmin olmalıdırlar ki, burada maraqlar toqquşmur. Buna görə də onların mühakimə və qərarlarının hamısı normal izahata və tədqiqata əsaslanmalıdır.
Peşəkar bilik və yanaşma Peşəkar mühasiblər əmin olmalıdırlar ki, müştərilər tərəfindən verilən tapşırıqları yerinə yetirmək üçün onların kifayət qədər peşəkar bilik və bacarıqları vardır. Onlar daim peşəkar bilik və təcrübələr üzrə son inkişaf tendensiyalarını özlərinə aşılamalıdırlar
Məxfilik Bu prinsip heç bir qanuni öhdəlik və ya hüquqi əsas olmayınca müştərilər və ya müəssisələrə məxsus məxfi məlumatları istənilən üçüncü şəxsə ötürməyi mühasiblərə qadağan edir. Onu da qeyd etmək vacibdir ki, mühasib iş yerini dəyişsə və ya müştəri ilə uzun müddət əlaqədə olmasa belə məxfilik prinsipinə əməl etməlidir.
Peşəkar davranış BMF öz üzvlərindən “lazımi qayda-qanunlara əməl etməyi və peşələrini nüfuzdan salacaq bütün hərəkətlərdən uzaq durmağı” tələb edir. SMA bu məsuliyyəti öz standartlarında əks etdirir və həmçinin, onu da əlavə edir ki, onun üzvləri “peşəkar mühitdə ünsiyyətdə olduqları bütün şəxslərlə nəzakətli və diqqətli davranmalıdırlar”
Audit xidmətinin yüksək peşəkarlıqla həyata keçirilməsi və audit xidməti zamanı qəbul edilmiş öhdəliklərin tam dolğun icrası üçün sərbəst audıtorlar və auditor şirkətləri müvafiq məsuliyyət daşıyırlar. Bu məsuliyyət üç istiqamətdə müəyyənləşdirilə bilər: audıtorun yerinə yetirdiyi iş və xidmətlərdə yol verdiyi cinayət tərkibli əməllərə görə cinayət məsuliyyəti; keyfiyyətsiz audit xidmətinə görə, inzibati xətalara görə, auditor və audit şirkətləri, onun intizam məsuliyyəti; sifаrişçi ilə auditor və audit şirkətləri ilə bağlanmış müqaviləyə əsasən meydana çıxan əmlak xarakterli mübahisələr. Audıtorun məsuliyyəti «Audit xidməti haqqında» Qanunun 14-cü bəndində və BAS 240 “Maliyyə hesabatının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” ilə tənzimlənir.
Auditor keyfiyyətsiz, qeyri peşəkar auditin aparılması səbəbindən müəssisə qаrşısındа öz vəzifələrini lazımınca yerinə yetirmədikdə AR qаnunvericiliyinə əsаsən müəssisəyə dəyən zərərə görə məsuliyyət daşıyır. Auditorlar və auditor təşkilatları qanunvericiliyinə və sifarişçi ilə baülanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. Əmək qanunvericiliyinə görə intizam və maddi məsuliyyət nəzərdə tutulur. İntizam məsuliyyəti aşağıdakıları nəzərdə tutur: irad; töhmət; ciddi töhmət; işdən azad etmək.