Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Xərclərin satışların maya dəyərinə daxil edilməsinin düzgünlüyünün auditi



Yüklə 465,1 Kb.
səhifə70/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   66   67   68   69   70   71   72   73   ...   82
Audit yeni

Xərclərin satışların maya dəyərinə daxil edilməsinin düzgünlüyünün auditi

  • İnzibati xərclərin uçotda əks etdirilməsinin və müəssisənin uçot siyasətinə uyğun olaraq fəaliyyətin nəticələrinə silinməsinin düzgünlüyünün auditi

  • Kommersiya xərclərinin uçotda əks etdirilməsinin və müəssisənin uçot siyasətinə uyğun olaraq fəaliyyətin nəticələrinə silinməsinin düzgünlüyünün auditi.




    1. Xərclərin auditinin məqsədi və infоrmasiya mənbələri

    Hər bir təsərrüfat subyektinin məqsədi gəlir əldə etməkdir. Həmin məqsədə çatmaq üçün onlar hər hansı fəaliyyət növü ilə məşğul olmalı və müəyyən xərclər çəkməlidir. İstər məhsul istehsalı, iş və xidmətlərin yerinə yetirilməsi ticarət, marketinq, maliyyə, investisiya fəaliyyəti və s. canlı və keçmiş əmək məsrəfləri ilə bağlıdır. Canlı və keçmiş əmək məsrəflərinin məcmusu müəssisənin xərclərini formalaşdırır.
    Maliyyə hesabatının Konseptual Əsaslarında (yenilənmişş variant, 2018) və MUBS 1-ə əsasən xərclər – mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır. Xərclər əsas xərclərdən və sair xərclərdən ibarətdir.Qeyd etmək lazımdır ki, xərclərin uçotu qaydası ilə əlaqədar vahid standart yoxdur. Lakin MUBS 2 “Ehtiyatlar”, MUBS 16 “Torpaq, tikili və avadanlıqlar”, MUBS 19“İşçilərin mükafatlandırılması”, MUBS 38 “Qeyri-maddi aktivlər”və b., eləcə də və AR MN-nin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (30.01.2017) xərclərin uçotunun və auditinin normativ hüquqi bazası hesab edilir.
    Öz başlanğıcını idarəetmə uçotundan götürən xərclər və gəlirlər son nəticədə maliyyə hesabatının mühüm elementlərini təşkil edir. Maliyyə hesabatının hazırlanması və təqdim edilməsi Prinsiplərində maliyyə nəticələri haqda hesabatın elementləri olan xərc və gəlirlərin məzmunu, tanınma şərtləri və qiymətləndirmə metodları şərh edilmişdir. Prinsiplərdə və Konseptual əsaslara görə xərclər (expenses) – hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması, yaxud öhdəliklərin artması şəklində iqtisadi faydaların azalmasıdır ki, bu da kapitalın mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi ilə əlaqəli olmayan azalması ilə nəticələnir. Xərclər mənfəət və zərər haqqında hesabatda o zaman tanınır ki, aktivlərin azalması və yaxud öhdəliklərin artması ilə əlaqədar iqtisadi faydanın azalması baş vermiş olsun.
    “Maliyyə hesabatının təqdimatı” MUBS 1 üzrə xərclər iki qrupa bölünür:

    • əsas xərclər;

    • sair xərclər.

    Əsas xərclər müəssisənin adi fəaliyyəti zamanı yaranan və elementlər və funksiyalar üzrə təsnifləşdirilən xərclərdir. Sair xərclər isə müəssisənin adi fəaliyyəti zamanı mütamadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir.
    MUBS 1 tələb edir ki, təsərrüfat subyektləri maliyyə nəticələri haqqında hesabatda tanınan xərclərin funksiyаsınа və ya хаrаktеrinə görə təsnifаtındаn istifаdə еdərək, onların etibarlı və daha əhəmiyyətli olantəhlilini təqdim etsinlər. Xarakterinə görə xərclər qruplaşdırılarkən mənfəət və zərər haqda hesabatda hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər, müəssisə tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər, istifadə edilmiş material ehtiyatları, İşçi heyəti üzrə xərclər amortizasiya xərcləri, sair əməliyyat xərcləri əks etdirilir.
    Xərclərin fuksiyasına görə (satışın maya dəyəri metoduna) görə hesabatda satışın maya dəyəri, inzibati xərclər, kommersiya xərcləri, sair əməliyyat xərcləri əks etdirilir. Qeyd etmək lazımdır ki, xərcləri funksiyаsınа görə təsnifləşdirən müəssisələr xərclərin хаrаktеri barədə əlavə infоrmаsiyаnı, o cümlədən, аmоrtizаsiyа xərcləri və işçi heyətinin saxlanılması üzrə xərcləri аçıqlаmаlıdır.MUBS 1-n104-cü maddəsində “işçi heyətinin saxlanılması üzrə xərclər” anlayışı “İşçilərin mükafatlandırılması” adlı MUBS 19-dakı mənanı daşıyır.
    Hazırda xərclərin uçotu və və onların satışın maya dəyərinə daxil edilməsi mühasibat uçotunun ümumi sistemində aparıcı yer tutur.Xərclərin auditinin əsas vəzifələri aşağıdakılardır:
    §xərclərin xarakterinə və xüsusiyyətinə görə təsnifləşdirilməsinin düzgünlüyünün yoxlanması;
    Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   66   67   68   69   70   71   72   73   ...   82




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin