Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


İnzibati xərclərin uçotda əks etdirilməsinin və müəssisənin uçot siyasətinə uyğun olaraq fəaliyyətin nəticələrinə silinməsinin düzgünlüyünün auditi



Yüklə 465,1 Kb.
səhifə72/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   68   69   70   71   72   73   74   75   ...   82
Audit yeni

İnzibati xərclərin uçotda əks etdirilməsinin və müəssisənin uçot siyasətinə uyğun olaraq fəaliyyətin nəticələrinə silinməsinin düzgünlüyünün auditi

Müəssisənin idarə olunması ilə bağlı xərclər inzibati xərclər adı altında planlaşdırılır və uçota alınır. Həmin xərclər 721 №li "İnzibati xərclər" hesabnda uçota alınır. Məcmu xərclərin tərkibidə inzibati xərclər də müəyyən paya malikdir və belə xərclərin artması son nəticədə müəssisənin xalis mənfəət məbləğinin azalmasına səbəb olur.
İnzibati xərclərə aşağıdakılar daxildir:

  • inzibati binaların və avadanlığın icarəsi;

  • inzibati binaların və avadanlığın amortizasiyası;

  • inzibati işçi heyyəti üzrə xərclər;

  • konsaltinq xərcləri;

  • kommunal xərclər;

  • ezamiyyə xərcləri; DT 721 İnzibati xərclər KT 223 Bankdakı hesabı 550

  • nümayəndəlik xərcləri;

  • məhkəmə xərcləri;

  • bank xərcləri;

  • sair xərclər.

Bu baxımdan həmin xərclərin reallığı, hesablanmasının və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanması xərclərin auditinin əsas presudurlarında biri hesab edilir. həmin hesab üzrə aşağıdakı subhesablar açılır.

  • 721-1 "İnzibati məqsədlər üçün istifadə olunmuş xammal və material xərcləri";

  • 721-2 "İnzibati işçi heyəti üzrə xərclər";

  • 721-3 "İnzibati işçi heyəti üzrə xərclərə görə hesablanılan sosial sığorta ayırmaları";

  • 721-4 "İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri";

  • 721-5 "İnzibati məqsədlərlə bağlı digər xərclər".

İnzibati xərclərin auditinin vəzifələrinə aşağıdakıları aid etmək olar:

  • inzibati xərclərin mühasibat uçotunun müəssisənin uçot siyasətinə uyğunluğu;

  • ilkin uçot sənədlərinin mühasibatlığa vaxtında daxil olmasının, sənəd dövriyyəsinin təşkili səviyyəssinin yoxlanması;

  • inzibati xərclər üzərində daxili nəzarətin həyata keçirilməsinin qiymətlənditilməsi;

  • uçot registrlərinin vaxtında aparılmasının və sintetik və analitik uçot məlumatlarının uyğunluğunun yoxlanması.

Auditor əvvəlcə inzibati xərclər üzrə analitik uçotun vəziyyətini yoxlayır. Daha sonra o, inzibati xərclərin hesablanmasının və həmin əməliyyatlar üzrə mühasibat yazılışlarının düzgünlüyünü müəyyən edir. Bu zaman müəssisənin idаrəetmə aparatının saxlanması üzrə vəsaitlərin xərclənməsinə xüsusi diqqət verilməlidir. Belə ki, ştat cədvəli əsasında idarəetmə aparatı işçilərinin vəzifə maaşları və faktiki olaraq ödənişlər, əmək haqqından müxtəlif tutulmalar, eləcə də, idarəetmə aparatına daxil olmayan işçilərlə müqavilələrin mövcudluğu, ştat cədvəlinə uyğun olaraq onlara əmək haqqının və tutulan məbləğlərin düzgün hesablanması yoxlanılır.
Ezamiyyət, məsləhət, informasiya, auditor xidməti xərclərinin, nümayəndəlik xərclərinin hesablanması və uçotda əks etdiriməsinin düzgünlüyü auditin obyektidir və bu məsələlər diqqətlə yoxlanmalıdır. İnzibati xərclərə maddələr üzrə analitik uçot məlumatları əsasında nəzarət edilir. Nəzərə alınmalıdır ki, inzibati xərclər onların növləri üzrə baş verdikcə721 “İnzibati xərclər” hesabının müvafiq subhesablarının debeti, müvafiq hesabların (201 ”Material ehtiyatları”, 112 " Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri”, 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar", 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", 531"Malsatan və podratçılara qısamüddətli kreditor borcları", 535 "İcarə üzrə qısamüddətli kreditor borcları") krediti mühasibat yazılışı edilir.
Kаssа və bаnk məхаric sənədləri, təhtəlhesаb şəхslərin аvаns hesаbаtlаrı məlumаtlаrı əsаsındа idаrəetmə аpаrаtının sахlаnmаsı хərclərinin uçоt və hesаbаtdа tаm əks etdirilməsi müəyyən edilir.Auditor həmçinin inzibati xərclərin analitik və sintetik uçot məlumatlarının uyğunluğunu da yoxlamalıdır. Sonda auditor faktiki olaraq hesabladığı inzibati xərc məbləğinin “Mənfəət və zərər və digər məcmu gəlirlər haqqına” maliyyə hesabatının müvafiq maddəsinə uyğunluğunu qiymətləndirir.Bu məqsədlə o, aşağıdakı formada analitik cədvəl tərtib edir
Cədvəl 2
İnzibati xərclərin dürüstlüyünün qiymətləndirilməsi



Xərc maddəsinin adı

Smeta üzrə

Faktiki

Auditorun hesablamasına görə

Kənarlaşma (±)

İdarə aparatı işçilərinin əmək haqqı (sosial sığortaya ayırmalar-la)













Ezamiyyət və yerdəyişmə xərc-ləri













Məsləhət, informasiya, auditor xidməti xərcləri













Bina, tikili və avadanlıqların amortizasiyası













Əməyin mühafizəsi,













Kadrların hazırlanması













Nümayəndəlik xərcləri













s.













Yekunu













İnzibati xərclərin auditinin yekun mərhələsində auditor həmin xərclərin silinməsi üzrə mühasibat yazılışlarının düzgünlüyünü yoxlayır(Dt 801 “Ünuni mənfəət (zərər), Kt 721 “İnzibati xərclər”)


Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin