Bioloji aktivlərin tanınmasının dayandırılması
Bioloji aktivlərin tanınmasının dayandırılması onların təsərrüftadançıxması, satılması yolu ilə baş verir. Əgər bioloji aktivin tanınmasının dayandırılması onların satışı yolu ilə həyata keçirilirsə, onda onların tanınmasının dayandırılmasından yaranan mənfəət yaxud zərərin müəyyən olunması və tanınması qaydası MHBS (İAS) 16-da olduğu kimidir.
Faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlərintanınmasının dayandırılması
Faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlərin təsərrüfatdan çıxması iki halda baş verir:
Aktivlər satış yolu ilə təsərrüfatdan çıxır;
Aktivlər tükənməklə təsərrüfatdan çıxır.
Təsərrüfatdan çıxan aktivlərin təsərrüfatdan çıxması zamanı yaranan mənfəət və yaxud zərərinmüəyyən edilməsi və tanınması digər maddi aktivlər üzrə olduğu kimidir.
Bütün uzunmüddətli aktivlər üzrə dəymiş zərərlə əlaqədar üçüncü tərəflərdən təminatın (kompensasiyanın) alınması ehtimlı yarandıqda həmin təminatlar mənfəət və ya zərərlər üzrə hesabatda tanınır.
Uzunmüddətli maddi aktivlərin tanınmasının dayandırılması zamanı baş verən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsi qaydaları Qaydalarda müəyyən edilmişdir.
Dostları ilə paylaş: |