Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Qeyri -maddi aktivlərin amortizasiyası, onun uçotu



Yüklə 1,21 Mb.
səhifə122/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   116   117   118   119   120   121   122   123   124
Maliyyə mühazirələr hamısı(1)

7.7. Qeyri -maddi aktivlərin amortizasiyası, onun uçotu
Faydalı istifadə müddəti müəyyən olan QMA-nın amortizasiyası

Faydalı istifadə müddəti müəyyən olan QMA-nın amortizasiya olunan məbləği həmin müddət ərzində sistematik əsasda bölüşdürülməlidir.QMA-nın amortizasiyası - rəhbərliyin niyyətinə uyğun olaraq onun istifadə üçün hazır vəziyyətdə olduğu andan başlanır .

QMA-in amortizasiyası iki tarixdən ən əvvəl olan tarixdə dayandırılır:

- MHBS (İFRS) 5-ə uyğun olaraq satış üçün nəzərdə tutulan kimi təsnifləşdirildiyi tarixdə ; yaxud da

- həmin aktivin tanınmasının dayandırıldığı tarixdə.

Amortizasiya hesablanması zamanı istifadə olunan metod gələcək iqtisadi faydaların təşkilat tərəfindən gözlənilən istehlak qrafikini əks etdirməlidir. Əgər bu cür qrafik etibarlı şəkildə müəyyən oluna bilməzsə,onda bərabər hesablama metodundan istifadə edilməlidir.Digər standart tələb etdikdə ki, QMA-nın hesablanmış amortizasiyası digər aktivin balans dəyərinə daxil edilməlidir,onda hesablanmış amortizasiya mənfəət yaxud zərərlərdə tanına bilməz.Qalan bütün hallarda hesablanmış amortizasiya mənfəət yaxud zərərlərdə tanınmalıdır .

Amortizasiya hesablanması metodu kimi bərabər hesablama metodu , azalan qalıq metodu və istehsal vahidləri metodları istifadə oluna bilər.Aktiv üçün tətbiq olunan metod aktivdə təcəssüm edən gözlənilən gələcək iqtisadi faydaların istehlakının hesabı qrafikinə uyğun əsasda seçilir və dövrdən- dövrə tətbiq edilir, bir şərtlə ki, gələcək iqtisadi faydaların istehlakının hesabı qrafikində dəyişikliklər olmasın .

Faydalı istifadə müddəti məlum olan QMA-nın ləğv dəyəri aşağıdakı hallar istisna olunmaqla sıfıra bərabər kimi götürülməlidir :

a) aktivin faydalı istifadə müddətinin sonunda onu əldə etməyə hazır olan üçüncü tərəf olduqda ; yaxud

b) aktiv üçün aktiv bazar mövcuddur və ;

* ləğv dəyəri həmin bazara istinadən müəyyən oluna bilər ; və

* bu cür bazarın aktivin faydalı istifadə müddətinin sonuna qədər mövcud

olması ehtimalı vardır ;

Faydalı istifadə müddəti məlum olan aktivin amortisasiya olunan məbləği onun ləğv dəyəri çıxılmaqla müəyyən edilir.

Ləğv dəyərinə ən azı hər maliyyə ilinin sonunda yenidən baxılır. Aktivin ləğv dəyərinin dəyişilməsi MHBS ( İAS ) 8-ə uyğun olaraq mühasibat qiymətləndirilmələ-rindəki dəyişiklik kimi əks etdirilir .

QMA-nın ləğv dəyəri onun balans dəyərinə bərabər ola, və balans dəyərini aşan məbləğə qədər arta bilər. Bu halda həmin aktiv üzrə amortizasiya ayırmaları sıfıra bərabər olur.

QMA - nın amortizasiyasının dövrü və metodu ən azı hər maliyyə ilinin sonunda təhlil edilməlidir. Əgər aktivin faydalı istifadə müddətinin hesabı kəmiyyəti əvvəlki qiymətləndirilmələrdən fərqlənirsə, onda buna uyğun olaraq amortizasiya dövrü dəyişdirilməlidir.Əgər aktivdə təcəssüm edən gələcək iqtisadi faydaların istehlakının hesabı qrafikində dəyişiklik baş vermişsə,onda bu cür dəyişikliyi əks etdirmək üçün amortizasiya metodu dəyişdirilməlidir. Bu cür dəyişikliklər MHBS (İAS) 8- ə əsasən mühasibat qiymətləndirilmələrindəki dəyişikliklər kimi uçota alınmalıdır.

Faydalı istifadə müddəti məlum olmayan QMA amortizasiya olunmamalıdır . Bu cür aktivin qiymətdən düşməsi təşkilat tərəfindən MHBS (İAS) 36-ya uyğun olaraq testləşdirilməlidir. Testləşdirilmə hər il və QMA -nın mümkün qiymətdən düşməsi əlaməti mövcud olduqda - aktivin ödənilmə məbləği ilə onun balans dəyərinin müqayisə edilməsi yolu ilə aparılmalıdır.

Əgər aparılan təhlil nəticəsində məlum olsa ki, hadisələr və vəziyyət aktivin faydalı istifadə müddətinin müəyyən oluna biləcəyini göstərir (bu hal aktivin qiymətdəndüşməsinə dəlalət edə bilər ), onda aktiv faydalı istifadə müddəti məlum olmayan təsnifat qrupundan, faydalı istifadə müddəti məlum olan təsnifat qrupuna ke-çirilir. Həmin proses MHBS (İAS) 8-ə uyğun olaraq mühasibat qiymətləndirilmə- lərindəki dəyişiklik kimi uçota alınır.

1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin