Tanınma kriteriyaları
Maddələr maliyyə vəziyyəti haqqında hesabatda yalnız Aktivlərin, Öhdəliklərin və Xüsusi kapitalın tərifinə, maliyyə nəticələri haqqında hesabatda (hesabatlarda) isə yalnız Gəlirlərin və Xərclərin tərifinə cavab verdikdə tanıəna bilər. Lakin göstərilən elementlərdən hər hansı birinin tərifinə uyğun gələn maddələrin heç də hamısı tanınmır. Konseptual əsaslar 2018-də göstərilir ki, akiv və öhdəlik o halda tanınmalıdır ki, bu aktivin yaxud öhdəliyin və gəlirlərin və xərclərin nəticəsində xüsusi kapitalda yaranan dəyişikliklərin tanınması, maliyyə hesabatının istifadəçilərinə faydalı (münasib və dürüst) informasiya təqdim etməyə imkan verir.
İqtisadi faydaların daxil olması yaxud çıxması ehtimalının aşağı olması halında da akti yaxud öhdəlik mövcud ola bilər, yəni tanına bilər.
Dostları ilə paylaş: |