3.4. Elementlərin tanınması anlayışı, tanınmanın kriteriyaları və
tanınmanın dayandırılması
Konseptual əsaslar 2018-ə görə maliyyə vəziyyəti haqqında hesabatda yalnız o maddələr tanınır ki, onlar aktivin, öhdəliyin və xüsusi kapitalın tərifinə cavab vermiş olsun. Eyni olaraq maliyyə nəticələri haqqında hesabatda (hesabatlarda) yalnız gəlirlərin yaxud xərclərin tərifinə cavab verən maddələr tanınır.
Tanınma – maliyyə vəziyyəti haqqında hesabata yaxud maliyyə nəticələri haqqmda hesabata (hesabatlara) daxil etmək üçün maliyyə hesabatının elementlərdən birinin, yəni aktivin, öhdəliyin,xüsusi kapitalın, gəlirlərin yaxud xərclərin tərifinə, uyğun gələn maddənin identifikasiyalaşdırılması prosesidir. Başqa sözlə tanınma şərtlərinə cavab verən maddənin maliyyə vəziyyəti haqqında hesabata və mənfəət və ya zərərlər, diğər məcmu gəlirlər haqqında hesabata daxil edilməsi prosesidir. Tanınma obyektin sözlə təsviri və onun pul məbləği şəklində əks etdirilməsi və həmin məbləğin maliyyə vəziyyəti haqqında hesabata və mənfəət və ya zərərlər, diğər məcmu gəlirlər haqqında hesabata daxil edilməsidir. Tanınma şərtlərinə uyğun gələn obyektlər maliyyə vəziyyəti haqqında hesabatda və mənfəət və ya zərərlər, diğər məcmu gəlirlər haqqında hesabatda tanınmalıdır.
Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilən kəmiyyəti “balans dəyəri” adlanır.Tanınma maliyyə vəziyyəti haqqında hesabatın elementləri ilə maliyyə nəticələri haqqında hesabatın (hesabatların) elementləri arasında əlaqəni təmin edir. Bunu düstur şəklində aşağıdakı kimi ifadə etmək olar:
Aktiv – Öhdəliklər = Kapital +Gəlirlər – Xərclər + Xüsusi kapitala münasibətdə tələbetmə hüququna sahibolanların pay qoyuluşları - xüsusi kapitala münasibətdə tələbetmə hüquqlarına sahibolanların xeyrinə bölüşdürülmələr.
Bir maddənin tanınması yaxud onun balans dəyərinin dəyişilməsi digər bir, ya da bir neçə maddənin tanınmasını yaxud tanınmasının dayandırılmasını tələb edir. Məsələn,
gəlirin tanınması:
aktivin ilkin tanınması yaxud aktivin balans dəyərinin artması ilə; ya da
öhdəliyin tanınmasının dayandırılması yaxud öhdəliyin balans dəyərinin azalması ilə eyni zamanda həyata keçirilir;
xərclərin tanınması:
öhdəliyin ilkin tanınması yaxud öhdəliyin balans dəyərinin artması ilə; ya da
Dostları ilə paylaş: |