3.1. Maliyyə uçotu və hesabatı elementləri haqqında anlayış, onların tərifi
Maliyyə uçotu və hesabatının elementlərinin tərkibi Konseptual əsaslarda müəyyən edilmişdir. Həmin elementlər aşağıdakılaradır:
1.Aktivlər:
2.Kapital;
3.Öhdəliklər;
4.Gəlirlər;
5.Xərclər.
Aktiv – keçmiş hadisələr nəticəsində təşkilat tərəfində nəzarət olunan mövcud iqtisadi resursdur. İqtisadi resurs-iqtisadi faydalar yaratmaq potensialına malik hüqüqdur;
Kapital – təşkilatın bütün öhdəlikləri çıxıldıqdan sonra onun aktivlərdəki qalıq payıdır;
Gəlirlər –Aktivlərin artmasıdır yaxud öhdəliklərin azalamasıdır, hansılar ki, xüsusi kapitalın təşkilatın xüsusi kapitalına münasibətdə tələbetmə hüquqlqrına sahibolanların pay qoyuluşları ilə əlaqədar olmayan artmasına gətirib çıxarır;
Xərclər - Aktivlərin azalmasıdır yaxud öhdəliklərin artmasıdır, hansılar
ki, xüsusi kapitalın təşkilatın xüsusi kapitalına münasibətdə tələbetmə hüquqlqrına sahibolanların xeyrinə bölüşdürülmələr ilə əlaqədar olmayan azalmasına gətirib çıxarır.