Dürüst təqdimedilmə
Dürüst (düzgün) təqdimedilmə o deməkdir ki, təqdim olunan informasiya:
-tamdır;
-neytraldır;
-səhvlərə malik deyildir.
Maliyyə informasiyası o zaman tam hesab edilir ki, o, bütün təfsir və izahlar da daxil olmaqla iqisadi hadisə haqqında istifadəçiyə lazım olan bütün informasiyanı əks etdirir.
Maliyyə informasiyasının neytrallığı, həmin informasiyanın seçilməsi və təqdim edilməsində qərəzin olmaması ilə müəyyən edilir. Neytrallıq ehtiyatlılığın istifadəsi ilə möhkəmlənmiş olur. Ehtiyatlılığın tətbiqi o deməkdir ki, aktivlər və gəlirlər artırılmır, öhdəliklər və xərclər isə azaldılmır, yaxud da tamam əksinə. Maliyyə informasiyasının dürüst təqdimedilməsi o demək deyildir ki, həmin informasiya bütün cəhətlərdən dəqiqdir.Səhvlərin olmaması o deməkdir ki, iqtisadi hadisənin təfsirində səhvlər yazud informasiyanın buraxılması yoxdur və təqdim edilmiş informasiyanın əldə edilməsində proses düzgün və səhvsiz seçilmişdir.
Faydalı olmaq üçün informasiya həm münasib olmalı, həm də ifadə etdiyi şeyin dürüst təqdim edilməsini təmin edən olmalıdır. Həm qeyri-münasib iqtisadi hadisənin dürüst təqdim edilməsi, həm də münasib iqtisadi hadisənin dürüs təqdim edilməməsi istifadəçilərə düzgün qərarlar qəbul etməyə kömək etmir.
Əsas keyfiyyət xarakteristikalarının tətbiq edilməsinin daha rasional və effektiv prosesini Konseptual əsaslar 2018 aşağıdakı kimi təsvir edir:
Birincisi, iqtisadi hadisə identifikasiyalaşdırılır, hansı haqqında ki informasiya hesabat verən təşkilatın maliyyə informasiyasının istifadəçiləri üçün faydalı ola bilər;
İkincisi, həmin iqtisadi hadisə barəsində daha münasib olacaq informasdiya növü seçilir;
Üçüncüsü, müəyyən edilir ki, həmin informasiya əlçatandırmı, və o həmin iqtisadi hadisəni dürüst təqdimatını təmin edə bilərmi.
Əgər bütün bunlara əməl edilirsə hesab edilir ki, informasiya əsas keyfiyyət xarakteristikalarına uyğundur. Digər hallarda əsas keyfiyyət xarakteristikaları arasında optimal nicbətin seçilməsi lazım gəlir.
Dostları ilə paylaş: |