2.3. Faydalı maliyyə informasiyasının keyfiyyət xarakteristikaları
Faydalı maliyyə informasiyasının keyfittət xarakteristikaları həm maliyyə hesabatında təqdim edilən maliyyə informasiyasına münasibətdə, həm də ondan kənar verilən maliyyə informasiyasına münasibətdə tətbiq edilir. Konseptual əsaslar 2018-də göstərilir ki, hesabat verən təşkilatın faydalı maliyyə informasiyasını təqdim etmə-si, həmin informasiyanın təqdim edilməsinə çəkilən məsrəflərlə məhdudlaşır və bu hal indiki kontekstdə tətbiq edilir. Maliyyə hesabatının informasiyası o zaman faydalıdır ki, həmin informasiya münasibdir və onun ifadə etdiyi kəmiyyət dürüstdür (düzgündür). Maliyyə informasiyası müqayisə edilə və yoxlanıla bilən olduqda , vaxtında təqdim edildikdə və aydın olduqda onun faydalılığı yüksəlir.
Dostları ilə paylaş: |