Təsərrüfatçılıq subyekti prinsipinə görə maliyyə uçotu və hesabatı yalnız müəyyən təşkilatı-hüquqi formaya malik müstəqil müəssisə çərçivəsində təşkil edilə və həyata keçirilə bilər. Təsərrüfatçılıq subyektinin əmlak və öhdəlikləri onun təsisçi lərinin (mülkiyyətçilərinin) əmlak və öhdəliklərindən ayrıdır. Təsərrüfatçılıq subyekti müstəqil hüquqi şəxsdir, o, öz fəaliyyətinin uçotunu aparmalı və maliyyə hesabatı tərtib və təqdim etməlidir.
Maliyyə uçotu bir çox hallarda qeyri-müəyyənliklə bağlı hadisə və faktları, əməliyyatları əks etdirməli və onlar barədə maliyyə hesabatı üçün informasiya formalaşdırmalıdır. Belə qeyri-müəyyənliklərə misal olaraq şübhəli borcları, maşın və avadanlıqların ehtimal olunan xidmət müddətlərini, qarantiya ximətlərinin kəmiyyəti və xərclərini göstərmək olar. Həmin qeyri-müəyyənliklər barədə informasiyanı, onların tanınmasını, ehtiyatlılıq (konservatizm) prinsipi əsasında həyata keçirmək olar.
Dostları ilə paylaş: |