Fəaliyyətin fasiləsizliyi prinsipinə görə maliyyə hesabatının tərtib edilməsi şirkətin yaxın gələcəkdə fəaliyyət göstərəcəyi nəzərə alınmaqla həyata keçirilir. Başqa sözlə, nəzərdə tutulur ki, şirkət fəaliyyətini dayandırmağa hazırlaşmır və onun ləğv edilməsinə ehtiyac yoxdur, ya da o, öz fəaliyyətinin miqyaslarını əhəmiyyətli dərəcədə azaltmayacaqdır. Əgər şirkətin belə bir niyyəti varsa və bunun üçün ehtiyac varsa, onda şirkətin maliyyə hesabatı digər əsasda tərtib olunmalıdır və həmin əsas şirkət tərəfindən açıqlanmalıdır. Deməli,fəaliyyətin fasiləsizliyi:
Müəssisə öz fəaliyyətini ən azı növbəti 12 ay ərzində davam etdirəcək;
Əməliyyatların (fəaliyyətin) dayandırılmasına ehtiyac və ya müəssisənin istəyi yoxdur
Əməliyyatların (fəaliyyətin) bir hissəsinin ixtisar edilməsinə ehtiyac və ya bununla bağlı müəssisənin istəyi yoxdur