Pul ilə ölçmə prinsipi maliyyə uçotu obyektlərinin ümumiləşdirilmiş pul ölçüsündə əks etdirilməsinin universal qaydasıdır. Maliyyə uçotu dəyər uçotu kimi təqdim edilir. Pul ölçüsünün köməyi ilə natural və əmək göstəriciləri dəyər göstəricilərinə çevrilir. Dəyər qiymətləndirilməsi nəticəsində təşkilat üzrə cari dövrdə aktivlər, kapital, öhdəliklər, gəlirlər və xərclər, biznes əməliyyatları və s. haqqında ümumiləşdirilmiş məlumatlar/informasiya əldə edilir ki, onlardan da maliyyə qərarlarının qəbul edilməsində istifadə olunur.