2.4. Əsas keyfiyyət xarakteristikaları, əsas keyfiyyət xarakteristikalarının
tətbiqi
İnformasiyanın əsas keyfiyyət xarakteristikaları – münasiblikdir(uyğunluq) və dürüst(düzgün) təqdimedilmədir.
Münasiblik
Maliyyə informasiyası o zaman münasib hesab olunur ki, o, iqtisadi qərarların qəbul edilməsinə əhəmiyyətli təsir göstərir. Maliyyə informasiyası qərarlara o zaman əhəmiyyətli təsir göstərə bilər ki, o, proqnoz yaxud təsdiqetmə üçün yararlıdır. Maliyyə informasiyasının proqnoz üçün yararlılığı yaxud qiymətli olması özünü onda göstərir ki, həmin informasiyadan istifadəçilər gələcək nəticələrin proqnozlaşdırılması üçün istifadə edə bilərlər. Proqnoz yararlılığına malik olan maliyyə informasiyası istifadəçilərin özləri tərəfindən proqnoz verilərkən istifadə olunur. Münasiblik(uyğunluq)’dan irəli gələn keyfiyyət xüsusiyyətləri:
1. əhəmiyyətlilik ?
2. müqayisəlik
3. ardıcıllıq
Münasibliyin mühüm aspekti informasiyanın əhəmiyyətli olmasıdır. Informasiya o zaman əhəmiyyətlidir ki, onun təhrif edilməsi ya da buraxılması istifadəçilərin qərarlarına təsir edə bilər. Lakin MHBS şurası ənəmiyyətliliyin kəmiyyət həddini müəyyən etmir, bunu təşkilatların öz öhdəsinə buraxır.
Maliyyə informasiyası iqtisadi qərar qəbul etmək üçün o zaman faydalı hesab edilir ki, o, münasibdir və eyni zamanda iqtisadi hadisələrin mahiyyətini düzgün ifadə edir. İqtisadi hadisənin mahiyyəti onun formasına uyğun olmalıdır, əks halda təqdim olunan informasiya iqtisadi hadisəni dürüst yaxud düzgün təqdim etməyəcəkdir.
Dostları ilə paylaş: |