3.5. Qiymətləndirilmə bazası haqqında anlayış
Maliyyə uçotu və hesabatında bütün elementlər, onlara aid maddələr pul (dəyər) ifadəsində əks etdirilir. Qiymətləndirilmə əsasında elementlər üzrə hər bir maddənin, eləcə də elemmentlərin hər birinin yekun kəmiyyəti müəyyən edilir.Qiymətləndirilmə olmasa maliyyə bərabərliyini müəyyən etmək mümkün olmaz. Odur ki onların dəyərini müəyyən etmək üçün müvafiq qiymətləndilmə bazasını seçmək lazımdır.Qiymətləndirilmə bazası qiymətləndirilən maddənin müəyyən edilmiş xarakterictikasıdır
Məsələn, tarixi dəyər, ədalətli dəyər yaxud icraetmənin dəyəri qiymətləndirilmə bazası hesab olunur. Elementlərin mahiyyəti, tərkibi, onalar barədə formalaşdırılan faydalı informasiyanın xarakteristikasından və s. amillərdən asılı olaraq müxtəlif qiymətləndirilmə bazaları tətbiq olunur. Bu və ya digər maddənin qiymətləndirilməsi üçün tətbiq ediləcək konkret metodu ya da metodları müvafiq standartlar müəyyən edir
Dostları ilə paylaş: |