İstifadənin qiymətliliyi və icraetmənin dəyəri
İstifadənin qiymətliliyi- aktivin isifadəsi və onun son olaraq təsərrüfatdan çıxması nəticəsində təşkilat tərəfindən alınması gözlənilən pul axınlarının yaxud digər iqtisadi faydaların diskontlaşdırılmış (cari) dəyəridir.
İcraetmənin dəyəri –təşkilatın öz öhdəliyini icra etmək (ödəmək) üçün onun verməli olduğu pul axınlarının yaxud digər iqtisadi resursların diskontlaşdırılmış (cari) dəyəridir.
“İstifadənin qiymətliliyi” və “İcraetmənin dəyəri” anlayışları gələcək pul axınlarına əsaslandıqları üçün onlar özlərində aktivin əldə olunması yaxud öhdəliyin qəbul edilməsinə çəkilmiş sövdələmə məsrəflərini əks etdirmir.Lakim aktivin son olaraq təsərrüfatdan çıxması yaxud öhdəliyin icrası zamanı çəkilməsi gözlənilən sövdələşmə məsrəflərinin diskontlaşdırılmş (cari) dəyəri istifadənin qiymətliliyinə və icraetmənin dəyərinə daxil edilməlidir.
İstifadənin qiymətliliyi və icraetmənin dəyəri bazar iştirakçılarının qəbul etdikləri yolverilmələrə (qaydalara) deyil, təşkilat üçün spesifik olan yolverilmələrə (qaydalara) əsaslanır.
Dostları ilə paylaş: |