5.7. Sınaq balanslarınin tərtib edilməsi qaydası
Maliyyə heabatının hazırlanmasının IV mərhələsində ilkin sınaq balansı tərtib edilir. Bəzi ədəbiyytlarda bu termin yoxlama balansı kimi təqdim edilir. Çünki maliyə hesabatının hazırlanması üçün xammal rolunu oynayan hesabların ilkin yekunları məlum olur.Sınaq balansı hesabat dövründə maliyyə dəyişikliyinə məruz qalmış bütün hesabların, həmçinin hesabat dövründən qalıqları qalmış hesabların aktiv və passivlərinin yekunudur.
Sınaq balansı müəyyən bir tarixə bütün (aktiv və passiv) hesablar üzrə qalıqların siyahısını göstərən ikitərəfli cədvəl başa düşülür. Həmin cədvəldə göstərilən yekunlar bərabər olduğu üçün sınaq balansı adlanır. Mühasibat uçotu aparılarkən ikili yazılışlar üzrə hər bir debet qalığı müvafiq kredit qalığı ilə və ya əksinə hər bir kredit qalığı müvafiq debet qalığı ilə müşayət olunur. Bu o deməkdir ki, mühasibat kitablarında göstərilmiş bütün hesablar üzrə cəmi debet qalıqlar, cəmi kredit qalıqlarına bərabər olmalıdır.
Maliyyə hesabatları tərtib olunmazdan qabaq bütün mühasibat qeydiyyatlarının riyazi dəqiqliyi bir daha yoxlanmalıdır. Sınaq balansının hazırlanması dedikdə bütün uçot hesabların və hər bir hesab üzrə müəyyən qalığın müəyyən tarixdə siyahı şəklində göstərilməsi başa düşülür. Sınaq balansı olmadan Maliyyə hesabatları hazırlanmasının mümkünsüz olaması onun nə dərəcədə boyük əhəmiyyətə malik olmasını təsdiqləyir.
Bu hesabata həmçinindüzəlişsiz sınaq balansı da deyilir. Çünki hesab dövründə elə hadisələr ola bilər ki, onlar müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə təsir edərək dyişikliyinə yaratmış olsun, hansı ki, burada qeyd olunmasın.
Məhz buna görə də ilkin sınaq balansı müəssisənn maliyyə vəziyyətini və nəticələrini tam əks etdirə bilmir. Ona görə də, hesabların cari dövrə balansı təsərrüfat subyektinin real gəlir və xərclərini dəqiq göstərmir. Müəssisədə aktivlərinin daimi olaraq baş verən dəyər hərəkəti maliyyə dəyişikliklərinə səbəb olur.
Qeyd edilən bu dəyişikliklərin qeydiyyatı aparılmazsa, hesabatda real olaraq öz əksini düzgün tapmayacaq. Ona görə də bu cür qeydlərə biz düzəliş etməliyik ki, həmin qeydlərdən sonra tərdib edilmiş düzəliş olunmuş Sınaq balansı adlanır və Maliyyə hesabatlarının hazırlanması üçün ondan istifadə olunur.
Sinaq balansında düzəliş qeydləri edildikdən sonra Maliyyə hesabatlarını hazırlamaq üçün köməkçi(müvəqqəti) hesabların bağlanmasını həyata keçirmək tələb olunur. Köməkçi hesablar dedikdə dövr ərzində müəssisənin gəlir və xərclər üzrə heabları,sahibkar çıxarışı(dividend)hesabı, həmçinin səhvlərin düzəldilməsi üçün yaradılmış müvəqqəti hesablar başa düşülür. Dövrün sonund bağlandığı üçün bu hesablara “müvəqqəti hesablar” da deyilir.
Hesabların bağlanması prosesi müvəqqəti hesabların sıfırlanması, əvəzində Bölüşdürülməmiş mənfəətin hesabının açılması ilə nəticələnir. Köməkçi hesabların bağlanmasının məntiqi əsası aşağıdakı düsturlardan (düstur 1 və 2) meydana çıxır:
Dostları ilə paylaş: |