Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə114/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   110   111   112   113   114   115   116   117   ...   124
Maliyyə mühazirələr hamısı(1)

Kapitallaşdırılmayan məsrəflər

QMA-in maya dəyərində kapitallaşdırılmayan məsrəflər bunlardır:

* yeni məhsulun yaxud xidmətin tətbiqinə məsrəflər ( mıhsulun reklam və hərə-kəti üzrə məsrəflər də daxil olmaqla );

* yeni yerdə yaxud yeni müştəri kateqoriyaları ilə təsərrüfat fəaliyyətinin aparılmasına məsrəflər (heyətin hazırlanması və öyrədilməsinə məsrəflər də daxil olmaqla );

* inzibati və digər ümumi qaimə xərcləri.

Daxili lahiyə çərçivəsində tədqiqatlar mərhələsində sərf edilmiş məsrəflər qeyri - maddi aktiv kimi tanınmır və həmin məsrəflər baş verdiyi dövrün xərclərinə aid edilir.

Məsrəflərin QMA-rın balans dəyərində tanınması o zaman dayandırılır ki, aktiv artıq rəhbərliyin niyyətinə uyğun olaraq istifadə üçün yararlı vəziyyətə gətirilmişdir.Beləliklə, QMA istifadə olunarkən yaxud yeri dəyişdirilərkən sərf olunan məsrəflər onun balans dəyərinə daxil edilmir.Əgər aktiv istifadə üçün hazırdırsa,ancaq istifadə edilmirsə,onda baş verən məsrəflər,həmçinin ilkin əməliyyat zərərləri QMA-rın balans dəyərinə daxil edilmir .

Qeyri-maddi aktivlər üzrə əməliyyatların uçot hesablarında əks etdirilməsi “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tənzimlənir (1, s.28-39).Qeyri-maddi aktivlər üzrə əməliyyatların uçotu aşağıdakı hesablarda aparılır:

101 №li “Qeyri-maddi aktivlərin dəyəri”;

102 №li “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri”;

103 №li “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin