Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Qeyri- maddi aktivlərin əldə edilməsi, yaradlıması ilə əlaqədar məsrəflərlərin kapitallaşdırılması və uçotu



Yüklə 1,21 Mb.
səhifə113/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   109   110   111   112   113   114   115   116   ...   124
Maliyyə mühazirələr hamısı(1)

7.3 Qeyri- maddi aktivlərin əldə edilməsi, yaradlıması ilə əlaqədar məsrəflərlərin kapitallaşdırılması və uçotu
Qeyri- maddi aktivlərin əldə edilməsi, yaradlıması ilə əlaqədar məsrəflərlər iki qrupa bölünür: kapitallaşdırılan və kapitallaşdırılmayan məsrəflər.

Kapitallaşdırılan məsrəflər

Qeyri -maddi aktivlərin əldə olunması,yaradılması ilə əlaqədar kapitallaşdırılmış bütün məsrəflər onların ilkin dəyərini yaradır. Həmin ilkin dəyərin (maya dəyərinin ) maliyyə vəziyyəti haqqında hesabatda QMA kimi tanınması üçün məsrəflərin kapitallaşdırılmış olduğu obyektlər aşağıdakı kriteriyalara cavab verməlidir :

a) obyekt " aktivlər " elementlərin tərifinə uyğun gəlməlidir ;

b) obyekt identfikasiya olunan olmalıdır;

c) obyekt gələcəkdə iqtisadi faydaların əldə olunmasını təmin etməlidir ;

ç) obyektin dəyəri etibarlı şəkildə ölçülə bilən olmalıdır ;

Göstərilən kriteriyalara cavab verən hər bir QMA obyektə maliyyə vəziyyəti haqqında hesabatda tanınmış hesab edilir .

Kapitallaşdırılanməsrəflərə daxildir :

* aktivin işçi vəziyyətə gətirilməsi ilə bağlı birbaşa yaranan işçilərin mükafat- landırılması üzrə məsrəflər ;

* aktivin işçi vəziyyətə gətirilməsi ilə bağlı birbaşa yaranan peşəkar xidmətlərin ödənilməsinə çəkilən məsrəflər ;

* aktivin lazımi səviyyədə işləməsinin yoxlanılmasına çəkilən ( sınaq işləri üzrə) məsrəflər.

Daxili lahiyə çərçivəsində işləmələr nəticəsində yaranan qeyri - maddi aktiv o zaman tanınır ki, təşkilat aşağıdakıları nümayiş etdirə bilsin :

* istifadə üçün ya da satış üçün əlcatan qeyri - maddi aktivin yaradılmasının texniki cəhətdən həyata keçirə biləcəyini;

* istifadə ya da satış üçün qeyri - maddi aktiv yaratmaq niyyətini ;

* qeyri - maddi aktivi istifadə etmək yaxud satımaq qabiliyyətini ;

* qeyri - maddi aktivin ehtimal olunan iqtisadi faydalar yarada biləcəyini ;

* işləmələri başa catdırmaq və qeyri - maddi aktivi istifadə etmək ,yaxud satmaq üçün kifayət qədər texniki ,maliyyə və digər resurslara malik olduğunu ;

* işləmələrin gedişində yaranmış və qeyri - maddi aktivlərə aid olan məsrəfləri etibarlı şəkildə ölçə biləcəyini ;




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin