Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Yenidənqiymətləndirmə üzrə uçot modeli



Yüklə 1,21 Mb.
səhifə121/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   116   117   118   119   120   121   122   123   124
Maliyyə mühazirələr hamısı(1)

Yenidənqiymətləndirmə üzrə uçot modeli

İlkin tanınmadan sonra QMA yenidən qiymətləndirilmiş məbləğ əsasında uçota alınmalıdır.Yenidən qiymətləndirilmiş məbləğ-istənilən sonrakı yığılmış amortizasiya və istənilən sonrakı qiymətdəndüşmədən olan zərərlər çıxılmaqla yenidən qiymətləndirilmə tarixinə olan ədalətli dəyərdir. Ədalətli dəyər aktiv bazara istinadən ( MHBS (İFRS ) 13-ə əsasən ) müəyyən olunur .

Yenidən qiymətləndirilmələr kifayət qədər mütəmadi aparılmalıdır ki, aktivin balans dəyəri onun ödənilmə dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsin.

Yenidən qiymətləndirilmə modeli aşağıdakılara yol vermir :

a) əvvəl aktiv kimi tanınmamış QMA-nin yenidən qiymətləndirilməsinə ; yaxud

b) qeyri-maddi aktivlərin,onların maya dəyərindən fərqlənən məbləğlərdə ilkin tanınmasına ;

Əgər QMA-nın ədalətli dəyəri cüzi dəyişikliklərə məruz qalırsa ,onda yenidən qiymətləndirilmələrin tez-tez aparılmasına ehtiyac yoxdur.

QMA yenidən qiymətləndirilirsə,yenidən qiymətləndirilmə tarixinə olan istəni- lən yığılmış amortizasiyaya :

a) aktivin ümumi balans dəyərinin dəyişilməsinə mütənasib yenidən hesablanır ki, yenidən qiymətləndirmədən sonra aktivin balans dəyəri onun yenidən qiymətləndirilmiş dəyərinə bərabər olsun ; ya da

b) ümumi balans dəyərinə qarşı çıxılır ( eliminasiya olunur ), xalis kəmiyyət isə aktivin yenidən qiymətləndirilmiş kəmiyyətinə qədər yenidən hesablanılır.

Əgər yenidən qiymətləndirilən qeyri-maddi aktivlər qrupuna aid olan aktiv bazarın olmaması səbəbindən yenidən qiymətləndirilə bilmirsə,onda belə aktiv istənilən yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərərlər çlxılmaqla maya dəyəri ilə uçota alınmalıdır.

Əgər yenidən qiymətləndirilən qeyri-maddi aktivin ədalətli dəyəri artıq aktiv bazara istinadən müəyyən oluna bilmirsə,onda həmin aktivin balans dəyəri kimi, istənilən sonrakı yığılmış amortizasiya və istənilən yığılmış qiymətdəndüşmə zərərləri cıxılmaqla aktiv bazara istinadən aparılmış sonuncu yenidən qiymətləndirilmə tarixinə olmuş kəmiyyəti götürülməlidir.

Yenidən qiymətləndirilmiş QMA üçün artıq aktiv bazarın olmaması faktı aktivin mümkün qiymətdəndüşməsi əlaməti kimi qəbul edilir və onun MHBS (İAS) 36-ya əsasən testləşdirilməsi zəruriliyini göstərir.

Əgər sonrakı qiymətləndirilmə tarixinə aktivin aktiv bazara istinadən ədalətli dəyərini müəyyən etmək mümkün olarsa, onda yenidənqiymətləndirilmə modeli həmin tarixdən tətbiq edilir .

Yenidən qiymətləndirilmə nəticəsində QMA -nın balans dəyəri artarsa,artım bilavasitə kapitalda "Yenidən qiymətləndirilmədən artma" adı altında əks etdiril- məlidir.Ancaq əgər aktivin əvvəlki yenidən qiymətləndirilmələr zamanı,mənfəət

yaxud zərərlərdə tanınmış zərər olmuşsa , onda həmin artım , həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirilmələrdən olan tanınmış zərərin reversiasiyasına (örtülməsinə ) yönəldilir .

Reversiasiyadan(örtülmədən) artıq qalmış məbləğ isə yenidən qiymətləndirilmə

üzrə ehtiyata aid ediləcəkdir.

Əgər aktivin sonuncu yenidən qiymətləndirilməsindən zərər yaranmışsa,və bu zaman əvvəlki yenidənqiymətləndirilmədən yenidənqiymətləndirilmə artımı (ehtiyatı) yoxdursa, onda həmin zərər birbaşa mənfəət yaxud zərərlərdə tanınmalıdır.

Yenidənqiymətləndirilmədən yığılmış və kapitala daxil edilmiş artım (ehtiyat) reallaşdırıldıqda, bilavasitə bölüşdürülməmiş mənfəət hesabına köçürülməlidir.Yenidən qiymətləndirilmədən olan bütün artım (ehtiyat) aktivin dövriyyədən ,yaxud təsərrüfatdan çıxarılması zamanı reallaşdırıla bilər.Ancaq həmin məbləğin bir hissəsi təşkilat tərəfindən aktivin istifadəsi prosesində reallaşdırıla bilər. Bu halda yenidən qiymətləndirilmədən olan artımın reallaşdırılmış kəmiyyəti - aktivin yenidən qiymət- ləndirilmiş balans dəyərinə əsaslanan amortizasiya ilə ,onun ilkin balans dəyərinə (əldə olunmamış faktiki dəyərinə ) əsasən tanınmalı olan amortizasiya arasındakı fərqdən ibarətdir.

Yenidənqiymətləndirilmədən olan artımın (ehtiyatın) bölüşdürülməmiş mənfə- ətə köçürülməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilə bilməz.

Yenidənqiymətləndirilmə modelinin tətbiqi zamanı baş vermiş əməliyyatlar müvafiq mühasibat yazılışları ilə rəsmiyyətə salınmalıdır.

Amortizasiya a) variantı üsrə nəzərə alındıqda:


  • Yenidənqiymətləndirilmə nəticəsində aktivin balans dəyərinin artması məbləğinə:

Debet 101,

Kredit 331;



  • Yığılmış qiymətdəndüşmə zərərləri nəzərə alınmaqla , yığılmış amortizasiya üzrə düzəlişlər məbləöinə:

Debet 101,

Kredit 102;

Amortizasiya b) variantı üsrə nəzərə alındıqda:


  • Yığılmış amortizasiyanın aktivin ilkin dəyərindən çıxılması məbləğinə:

Debet - 102 ,

Kredir 101;



  • Yenidənqiymətləndirilmə nəticəsində aktivin balans dəyərinin artması məbləğinə:

Debet 101 , Kredit 331;

Yenidənqiymətləndirmə nəticəsində QMA - nın balans dəyərinin azalması məbləğinə:

Debet 731,

Kredit 102 ,



daha sonra:

Debet 801,

Kredit 731 yazılışı tərtib edilir .

Əgər sonuncu yenidənqiymətləndirmə nəticəsində zərər yaranməş və buna qədər əvvəlki yenidənqiymətləndirilmədən yenidənqiymətləndirilmə artımı (ehtiyatı) olmuşsa , onda aşağıdakı yazılışlar aparılacaqdır:



  • Sonuncu yenidənqiymətləndirilmə zamanı yaranmış zərərin əvvəlki artıma (ehtiyata) silinməsi məbləğinə

Debet 331,

Kredit 101;



  • Sonuncu yenidən qiymətləndirilmə nəticəsində yaranmış zərərin kapital artımına ( ehtiyatına ) silinmiş məbləğindən artıq qalan məbləğinə:

Debet 731,

Kredit 102,

Əgər sonuncu yenidənqiymətləndirmə nəticəsində artım yaranmış və və buna qədər əvvəlki yenidənqiymətləndirilmədən zərər olmuşsa , onda mühasibat yazılışları aşağıdakı kimi olacaqdır:


  • Əvvəlki yenidənqiymətləndirilmədən yaranmış qiymətdəndüşmə zərərləri məbləğinə:

Debet - 102 ,

Kredir 611;



  • Əvvəlki yenidənqiymətləndirilmədən yaranmış qiymətdəndüşmə zərərindən artıq olan məbləğə:

Debet 101,

Kredit 331;



  • Yığılmış amortizasiyanın silinməsi məbləğinə:

Debet 102 ,

Kredir 101;

QMA-nın amortizasiyasının dövrü və metodu dəyişdirildikdə uçot qiymətlən- dirilmələrində aparılan dəyişikliklər , daha doğrusu əvvəlki dövrdə artıq hesablanmış amortizasiya məbləğinin azaldılması üzrə Debet 102 , Kredit , 342 yazılışı tərtib edilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin