Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Faydalı istifadə müddəti məlum olan QMA -ya



Yüklə 1,21 Mb.
səhifə123/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   116   117   118   119   120   121   122   123   124
Maliyyə mühazirələr hamısı(1)

Faydalı istifadə müddəti məlum olan QMA -ya amortizasiya hesablandıqda:

Debet 103,113,202,203,331,342,711,721,731,

Kredit 102-1 yazılışları tərtib olunur .

Uçot qiymətləndirilmələrindəki dəyişikliyə uyğun olaraq hesablanmış amortizasiyanın məbləği dəyişdirilə bilər.


  • Əgər artıq amortizasiya hesablanılmışsa və həmin artıq hesablanmış amortizasiyanın məbləği NHBS (İAS) 8-ə əsasən azaldılmalıdırsa, onda:

Debet 102-1,

Kredit 342 yazılışı tərtib edilir.



Faydalı istifadə müddəti məlum olmayan QMA-nın qimətdən düşməsi məlum olduqda , qiymətdən düşmə məbləğinə:

Debet 731,

Kredit 102-2 yazılışı tərtib edilir .

7.8. Qeyri -maddi aktivlərin tanınmasının dayandırılmasının uçotu


Qeyri -maddi aktivlərin tanınması aşağıdakı hallarda dayandırılır ;

a) təsərrüfatdan çıxdıqda ; yaxud

b) obyyektin istismarından yaxud təsərrüfatdan çıxmasından hər hansı gələcək iqtisadi faydalar gözlənilmədikdə.

QMA-nın tanınmasının dayandırılması ilə əlaqədar yaranmış mənfəət yaxud zərər aktivin təsərrüfatdan çıxmasından olan xalis daxil olmalar ( əgər belə daxil olma- lar vardırsa ) ilə, onun balans dəyəri arasındakı fərq kimi müəyyən olunur. Aktivin tanınmasının dayandırılmasından yaranan nəticələr mənfəət və ya zərərlərdə (MHBS (İFRS) 16-nin geri icarəyə götürmək şərtilə satışa rəğmən qoyulan tələbləri istisna olunmaqla tanınmalıdır .

QMA -nın təsərrüfatdan çıxması - satış , maliyyə icarəsinə verilmə yaxud bağışlanma yolu ilə və s.yollarla ola bilər. Bu cür aktivin təsərrüfatdan çıxması tarixi- nin müəyyən olunması zamanı təşkilat MHBS ( İFRS ) 15-in kriteriyasını tətbiq etməlidir.

QMA-nın tanınmasının dayandırılması zamanı baş verən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsi qaydaları Qaydalarda müəyyən edimişdir.



QMA -nın satılma, əvəzsiz verilmə yolu ilə, tam amortisaiya olunmaqla, tam amortizasiya olunmadan təsərrüfatdan çıxması


  • QMA obyekti satış məqsədi üçüm saxlanılan kimi əks etdirildikdə (təsnifləşdirildikdə):

Debet 206,

Kredit 101,



eyni zamanda:

Debet 102,

Kredit 206;


  • QMA obyektinin tam amortizasiya olunmuş olduqda:

Debet 102,

Kredit 101;



  • QMA obyekti tam amortizasiya olunmadan təsərrüfatdan çıxdıqda:

Debet 731,

Kredit 101,



eyni zamanda:

Debet 102 ,

Kredit 731.


  • QMA obyektlərinin satılması və ya əvəzlə veriməsi ilə əlaqədar xərclər əks etdirildikdə:

Debet 731,

Kredit 206;



  • QMA obyektlərinin satışından gəlirlər tanındıqda:

Debet 171,172,177,211,212,217,

Kredit 611.



  • Satılmış obyektlərə görə hesablanmış ƏDV məbləğinə:

Debet 171,172,177, 211,212,217 ,

Kredit 545 ;



  • Büdcə qarşısında büdcə öhdəliklərinin yaranmış məbləğinə:

Debet 545,

Kredit 521 ;



  • Satılmış və ya əvəzsiz əldə edilmiş QMA obyektlərindən gəlirlərin mənfəətə silinməsi məbləğinə:

Debet 611 ,

Kredit 801 ;



  • Satılmış , əvəzsiz verilmiş və silinmiş QMA obyektləri üzrə xərclərin silinməsi məbləğinə:

Debet 801 ,

Kredit 731;



  • QMA obyektlərinin tanınmasının dayandırılması zamanı onların yenidənqiymət- ləndirilməsindən yaranmış yenidənqiymətləndirilmə ehtiyatları bölüşdürülməmiş mənfəətə aid edildikdə:

Debet 331,

Kredit 343 ;




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin