Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


QMA -nın dövlət subsidiyaları hesabına əldə etdilməsi,yaradılması



Yüklə 1,21 Mb.
səhifə118/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   114   115   116   117   118   119   120   121   ...   124
Maliyyə mühazirələr hamısı(1)

QMA -nın dövlət subsidiyaları hesabına əldə etdilməsi,yaradılması

Təşkilat QMA -nı dövlət subsidiyaları hesabına əldə etdikdə,yaratdıqda və alınmış subsidiyalar üzrə qoyulmuş şərtlərə əməl etdikdə, həmin subsidiyalar maliyyə vəziy- yəti haqqında hesabatda aşağidakı iki üsuldan biri ilə əks etdirilə bilər:

a) alınmış dövlət subsidiyası gələçək dövrlərin gəlirləri kimi əks etdirilir və QMA nın faydalı istifadə müddətində sistematik və rasional əsasda gəlirlər kimi tanınır ; ya da

b) alınmış dövlət subsidiyası QMA -nın əldə olunma (yaradılma) dəyərindən çıxılır. Bu halda dövlət subsidiyası dolayı yolla ,yəni QMA -nın faydalı istifadə müddəti ərzində onlara hər bir dövr üçün hesablanılan amortizasiyanın kəmiyyətinin azaldılması şəklində tanınır .



Birinci halda yazılışlar

  • QMA -nın kapitallaşdırılmasına çəkilmiş məsrəflər məbləğinə:

Debet 103 ,

Kredit 431,531, və s.,



  • QMA -nın tanınmış məbləğinə:

Debet 101 ,

Kredit 103;



  • Dövlət subsidiyasının daxil olmuş məbləğinə:

Debet 221,223,224,

Kredit 442;



  • Daha sonra dövlət subsidiyasının QMA - nın istifadə olunduğu faydalı istifadə müddətində hesablanılan amortizasiya ilə eyni vaxtda proporsional qaydada cari gəlir kimi tanınması məbləğinə:

Debet 202-4,

Kredit 102-1,



eyni zamanda:

Debet 442,

Kredit 611-10.

İkinci halda yazılışlar


  • Daxil olmuş dövlət subsidiyaları məbləğinə:

Debet 221,223,224,

Kredit 544;



  • Təşkilat tərəfindən QMA üzrə kapitallaşdırılmış məsrəflər məbləğinə:

Debet 103,

Kredit 431 yaxud 531;



  • QMA üzrə kapitallaşdırılmış məsrəflərin tanınmış məbləğinə ;

Debet 101 ,

Kredit 103;



  • Daxil olmuş dövlət subsidiyaları həcmində QMA-rin tanınmış ilkin dəyərinin azaldılması məbləğinə:

Debet 544 ,

Kredit 101;



  • QMA-nın dövlət subsidiyaları həcmində azaldılmış ilkin dəyərinə ( amortizasiya olunan dəyərinə ) hər ilin sonunda hesablanılan amortizasiya ayırmaları məbləğinə

Debet 202-4 ,

Kredit 102-2, yazılışları tərtib edilir.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin