MHBS (İAS) 38 -ə əsasən QMA - fiziki əsasa malik olmayan identfikasiya- laşdırılan qeyri-pul aktividir.
QMA -nın balans dəyəri - istənilən yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərərlər çıxılmaqla aktivin maliyyə vəziyyəti haqqında hesabatda ( balansda ) tanındığı məbləğdir.
QMA -nın maya dəyəri -ödənilmiş pul vəsaitlərinin yaxud onların ekvivalentlərinin məbləğidir ,yaxud aktivin əldə olunması,yaxud yaradılması anında onun dəyərinin ödənilməsi hesabına qarşı tərəfə verilmiş obyektin ədalətli dəyəridir.
QMA-nın amortizasiya olunan dəyəri - ləğv dəyəri çıxılmaqla aktivin maya dəyəridir yaxud maya dəyəri əvəzinə əks etdirilmiş digər məbləğidir.
İşləmələr (təcrübə konstruktor işləri)–yeni yaxud əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış materialların, qurğuların , məhsulların , proseslərin, sistemlərin yaxud xidmətlərin istehsalını planlaşdırarkənyaxud layihələndirərkən onların kommersiya məqsədilə istehsalına yaxud istifadəsinə qədər tədqiqatların nəticələrinin yaxud digər biliklərin tətbiqidir.
Tədqiqatlar - yeni elmi yaxud texniki biliklərin alınmasıməqsədilə aparılan orijinal planlı axtarışlardır .