İDƏ obyektlərinin tanınmasının dayandırılması
İDƏ-nin tanınması o zaman dayandırılır ki:
Obyekt təsərrüfatdan çıxır; yaxud
Birdəfəlik istismardan çıxır və ondan iqtisadi faydaların əldə olunması nəzərdə tutulmur.
İDƏtəsərrüfatdan satış yolu ilə ya da onun maliyyə icarəsinə verilməsi yolu ilə çıxa bilər. Alıcılarla müqavilələr üzrəİDƏ-nintəsərrüfatdan çıxması tarixi MHBS(İFRS)15 ilə müəyyən olunan qaydada təyin edilir.
İDƏ-nin təsərrüfatdan yaxud istismardan çıxarkən yaranan mənfəət yaxud zərər, həmin mülkiyyət obyektinin təsərrüfatdançıxmasından olan xalis daxilolmalarla, onun balans dəyəri arasındakı fərq kimi müəyyən olunur, və mənfəət və yaxud zərərdə tanınır (geri icarəyə götürülməklə satış kimi tələbinin nəzərə alınması istisna olmaqla).
İDƏ-nin təsərrüfatdan çıxması zamanı alınmalı olan yaxud alınacaq qeyri-pul aktivinin (qarşı tərəfin təqdim edəcəyi aktivin) ilkin olaraq ədalətli dəyərlə qiymətləndiriləsi nəzərdə tutulur. Ödənişin möhlətlə həyata keçirilməsi zamanı qarşı tərəfin təqdim etdiyi aktivin ilkin qiymətləndirilməsi qaydası TTA üzrə olduğu kimidir.
Dostları ilə paylaş: |