6.7.Uzunmüddətli maddi aktivlərin tanınmasının dayandırılması və onun nəticələrinin uçotu Uzunmüddətli maddi aktivlərin balans dəyərinin tanınması aşağıdakı hallarda dayandırılır:
Aktiv təsərrüfatdan çıxıldıqda; ya da
Onun istifadəsindən yaxud təsərrüfatdan çıxmasından hər hansı gələcək iqtisadi qaydalar gözlənilmədikdə.
TTA-nın təsərrüfatdan çıxması müxtəlif yollarla baş verir: satış yolu ilə, maliyyə icarəsi müqaviləsi bağlamaq, bağışlamaq yolu ilə və s. Obyektin təsərrüfatdan çıxması tarixi müəyyən olunarkən MHBS (İFRS) 15-in kriteriyaları tətbiq olunur. MHBS (İFRS) 16 TTA-nın geri icarəyə götürməklə satışı yolu ilə təsərrüfatdan çıxması zamanı tətbiq olunur.