Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə101/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   97   98   99   100   101   102   103   104   ...   124
Maliyyə mühazirələr hamısı(1)

Amortizasiya olunan dəyər - aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (ləğvetmə) dəyərinin cıxılmasından sonra əldə olunan dəyərdir.

Amortizasiya aktivin istismara verilildiyi andan başlayaraq hesablanır, yəni təşkilat rəhbərliyi tərəfindən həmin aktivin muəyyən edilmiş qaydada işləməsi ücün zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən asılı olmayaraq hesablanmağa başlamalıdır. Aktivdən muntəzəm olaraq istifadə edilməməsi faktı amortizasiyanın dayandırılması üçün mütləq səbəb kimi hesab qəbul oluna bilməz.

Uzunmüddətli maddi aktivlərəamortizasiya ayırmaları müəyyən edilmiş normalar üzrə həyata keçirilir. Amortizasiya olunan aktivə vegitutma məqsədləri üçün amortizasiya normalarıAR Vergi Məcəlləsində aşağıdakı hədlər daxilində müəyyən edilmişdir.

Bina, tikili və qurğular - 7 % - dək;

Maşın, avadanlıq və hesablama texnikası – 25 %-dək;

Nəqliyyat vasitələri – 25 %-dək;

Digər əsas vəsaitlər- 20 %-dək.
Mühasibat (maliyyə) uçotu məqsədləri üçün amortizasiya dövrü, və deməli, amortizasiya normaları təşkilatın özü tərəfindən müstəqil qaydada müəyyən edilir.

Amortizasiya ayırmaları, onların digər aktivin balans dəyərinə əlavə olunması halları istisna olmaqla, hər dovr üzrə mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınmalıdır.

Əsas vəsaitlər üzrə tətbiq edilən amortizasiya metodu muəssisə tərəfindən aktivdən gozlənilən gələcək iqtisadi səmərənin istehlak sxemini əks etdirməlidir.

Əsas vəsaitlər uzrə tətbiq edilən amortizasiya metodu ən azı hər maliyyə

ilinin sonunda yenidən nəzərdən kecirilməlidir. Aktivin amortizasiya olunan dəyərinin onun faydalı istismar muddəti uzrə ardıcıl olaraq bölüşdürülməsi uçun müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara düzxətt metodu, azalan qalıq metoduistehsal vahidi metodu aiddir.

AR Vergi Məcəlləsində aktivlərə amortizasiyanın azalan qalıq metodu ilə hesablanması tələb olunur. Ancaq mühasibat (maliyyə) uçotu məqsədləri üçün amortizasiya metodunu təşkilat müstəqil qaydada seçir.

Aktivin son qalıq dəyərinin dəyişmədiyi halda Düzxətt metodu həmin aktivindəyərinin faydalı istismar dövrü ərzində daimi ayırmalar əsasında bölüşdürülməsi ilə nəticələnir.

Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində amortizasiya ayırmalarının azalması ilə nəticələnir.

İstehsal vahidi metodu isə aktivin istehsal gücü və ya ehtimal olunan istifadəsinə əsaslanan ayırmalar formasında əks etdirilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin