Aktivin qiymətdəndüşməsinin müəyyən olunması, (min man.)
Qiymətləndirilmələr
|
Qiymətdəndüşmə: vardır, yoxdur.
|
Balans dəyəri ilə
|
İstifadənin qiymətliliyi ilə
|
Ədalətli dəyər ilə
|
Ödənilmə dəyəri ilə
|
100
100
100
100
|
102
92
95
96
|
93
101
94
98
|
102
101
95
98
|
Yoxdur
Yoxdur
Vardır
vardır
|
(Cədvəl 4.3.2)
Aktivin istifadəsindən qiymətliliyin müəyyən olunması (min,man.)
Aktivin istifadə olunacağı illər
|
Aktivin istifadəsindən pul daxil olmaları
|
Aktivin istifadəsi ilə əlaqədar pul xaric olmaları
|
Xalis pul daxilolmaları
|
Xalis pul daxilolmalarının diskontalşdırılan məbləğləri (10% dərəcəsi ilə)
|
20 x 1
20 x 2
20 x 3
|
60
50
40
|
5
5
4
|
55
45
35
|
55/1.10=50
45/1.21=37
35/1.33=26
|
Yekun
|
150
|
15
|
135
|
113
|
Diskontlaşdırma dərəcəsi – pulun vaxt üzrə dəyərini və həmin aktivə xas olan spesifik riskləri əks etdirən dərəcədir.
Aktivin balans dəyərini müəyyən etmək üçün onun ilk dəyərindən yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərərin çıxılması zamanı aşağıdakı yazılışları tərtib etmək lazımdır:
Debet 112,122,142,
Kredit 111, 121 və 141.
Qiymətdəndüşmədən olan zərərlər mənfəətə yaxud zərərlərə aid edildikdə:
Debet 731,
Kredit 112, 122, 142 yazılışları tərtib edilir.
Qiymətdəndüşmə zərərləri mənfət yaxud zərərlər üzrə hesabatda tanındıqda:
Debet 801,
Kredit 731 yazılışı tərtib edilir.
Qiymətdəndüşmədən olan zərər bərpa olunduqda həmin bərpa olunan məbləğ mənfəət və zərərlər hesabında mənfəət kimi uçota alınmalıdır. Ancaq bu zaman aktivin artan dəyəri amortizasiya ayırmaları çıxılmaqla onun qiymətdəndüşmədən əvvəlki balans dəyərini aşmamalıdır.
Aktiv üzrə əvvəlki qiymətdəndüşmədən olan zərərin bərpa edilməsi üzrə aşağıdakı yazılışlar tərtib edilir:
Debet 111, 121, 141,
Kredit 731; və
Debet 731,
Kredit 801
Qaydalarda göstərilir ki, təşkilat faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirməsi prosesində istifadə etdiyi aktivlərə maya dəyəri ilə uçot modelini ya da yenidənqiymətləndirmə modelini tətbiq edə bilər. Birinci halda uçotun aparılması yuxarıda şərh olunmuş qaydada həyata keçirilməlidir.
Dostları ilə paylaş: |