Yenidənqiymətəndirmiş dəyərlə uçot modeli
Uzunmüddətli maddi aktivlərin ədaətli dəyərini etibarlı şəkildə müəyyən etmək mümkün olduqda onları yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərərlər çıxılmaqla yenidənqiymətləndirilmiş dəyəri ilə uçota almaq olar.
Yenidənqiymətləndirilmə müntəzəm aparılmalıdır ki, hesabat dövrünün sonuna aktivin balans dəyəri ilə onun ədalətli dəyəri arasında əhəmiyyətli fərqlər yaranma- sın. Yenidənqiymətləndirilmə aktivlərin sinfinə rəğmən hər bir obyekt üzrə fərdi qaydada aparılmalıdır:
İlk dəfə yenidənqiymətləndirilmə aparılan zaman yaranan nəticə aşağıdakı kimi əks etdirilir:
TTA obyektləri üzrə:
Aktivin dəyəri artmış olduqda – kapitalda (məcmu gəlir üzrə hesabat bölməsində);
Aktivin dəyəri aşağı düşmüş olduqda – mənfəət və ya zərərlər üzrə hesabat bölməsində.
İDƏ üzrə:
Aktivin dəyərinin artması və ya azalmasından yaranan mənfəət yaxud zərər müvafiq olaraq mənfəətdə yaxud zərərdə əks etdiriləcək.
Bioloji aktivlər üzrə:
Aktivin dəyərinin artması və ya azaldılmasından yaranan mənfəət və ya zərər baş verdiyi dövrün mənfəətinə yaxud zərərinə aid ediləcək.
Sonrakı yenidən qiymətləndirilmə aparılan zaman yaranan nəticə aşağıdakı kimi əks etdirilir:
TTA obyektləri üzrə:
Aktivin ədalətli dəyəri artmış olduqda həmin artım əvvəlki zərəri bərpa etməli, onun qalan hissəsi isə kapitalda yenidənqiymətləndirilmə ehtiyatı kimi əks etdirilməlidir.
Aktivin dəyəri azalmış olduqda - əvvəlcə yenidənqiymətləndirilmə ehtiyatı azaldılmalı, dəyərin azalmış digər hissəsi isə mənfəət yaxud zərərlərdə tanınmalıdır.
İDƏ üzrə
Aktivin ədalətli dəyərinin azalmış məbləği zərərlər kimi mənfəət və zərərlərdə tanınmalıdır;
Bioloji aktivlər üzrə
Aktivin ədalətli dəyərinin azalmış məbləği zərərlər kimi mənfəət və zərərlərdə tanınmalıdır.
Aktiv təsərrüfatdan çıxarkən yenidənqiymətləndirmə üzrə ehtiyat tam olaraq bölüşdürülməmiş mənfəətə silinir.
Aktiv istifadə olunduqca yenidənqiymətləndirilmə üzrə ehtiyatı tədricən də amortizasiya etmək, yəni bölüşdürülən mənfəətə silmək də olar.
TTA yenidənqiymətləndirilərkən təşkilat yenidənqiymətləndirmə tarixinə istənilən yığılmış amortizasiyanı aşağıdakı üsullardan biri ilə uçota almalıdır:
(a)Yığılmış amortizasiya aktivin ümumibalans dəyərinə mütənasib yenidən qiymətləndirilir.
Nəticədə aktivin balans dəyəri onun yenidənqiymətləndirilmə dəyərinə bərabər olur.
Misal. Aktivin ümumi balans dəyəri 200
Yığılmış amortizasiya (80)
Aktivin xalis balans dəyəri 120
Aktivin yenidənqiymətləndirilməsi 1.25 indeksi ilə həyata keçirildikdə:
Aktivin ümumi balans dəyəri 200x1.25=250
Yığılmış amortizasiya80x1.25=(100)
Aktivin balans dəyəri 150
(b)Yığılmış amortizasiya aktivin ümumi balans dəyərindən çıxılır və xalis kəmiyyət aktivin yenidənqiymətləndirilmə dəyərinə qədər yenidən hesablanır:
Misal. Aktivin ümumi balans dəyəri 200
Yığılmış amortizasiya (80)
Aktivin xalis balans dəyəri 120
Aktivin xalis balans dəyəri
yenidənqiymətləndirilmə dəyərinə qədər
yenidən hesablandıqda aktivin
balans dəyəri 120x1.25=150
Qaydalar(a) Variantı üzrə uçotun aparılmasının aşağıdakı qaydasını müəyyən etmişdir:
Yenidənqiymətləndirilmə nəticəsində TTA-nın balans dəyərinin artımı üzrə: Debet 111,
Kredit 331;
Yığılmış qiymətdəndüşmə zərərləri nəzərə alınmaqla TTA üzrə yığılmış amortizasiyanın artması məbləğinə:
Debet 111,
Kredit 112.
Qaydalar(b)Variantı üzrə aşağıdakı mühasibat yazılışlarının aparılmasını tələb edir:
TTA üzrə yığılmış amortizasiyanın ilkin dəyərindən (ümumi balans dəyərindən) çıxlması zamanı:
Debet 112,
Kredit 111;
Yenidənqiymətləndirilmə nəticəsində aktivin balans dəyərinin artımına:
Debet 111,
Kredit 331.
Əgər TTA-nın ilkin yenidənqiymətləndirilməsi zamanı zərər yaranmışsa, onda əvvəlcə:
Debet 731, Kredit 112-2,
daha sonra:
Debet 801, Kredit 731 yazılışları verilir.
TTA-nın sonrakı yenidənqiymətləndirilməsi zamanı yaranmış zərərin:
(a) bir hissəsi yenidənqiymətləndirilmə üzrə mövcud ehtiyata silindikdə:
Debet 331,
Kredit 111;
(b) digər hissəsi isə cari mənfəət və zərərlərə silindikdə:
Debet 731,
Kredit 112-2 yazılışları verilir.
İDƏ-nin, bioloji aktivlərin yenidən qiymətləndirilməsi zamanı yaranan dəyər artımı və ya azalması yalnız müvafiq olaraq 611-2 və 731-2 nömrəli hesablarda aşağıdakı kimi əks etdirilir:
Debet 121, 131,
Kredit 611-2;
Debet 611-2,
Kredit 801;
Debet 731,
\ Kredit 121, 131;
Debet 801,
Kredit 731-2.
Dostları ilə paylaş: |