Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


TTA-nın tanınmasının dayandırılması və onun nəticələri üzrə yazılışlar



Yüklə 1,21 Mb.
səhifə107/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   103   104   105   106   107   108   109   110   ...   124
Maliyyə mühazirələr hamısı(1)

TTA-nın tanınmasının dayandırılması və onun nəticələri üzrə yazılışlar

  • TTA obyekti satış məqsədi üçün saxlanılan kimi əks etdirildikdə (təsnifləşdirildikdə) :

Debet 206,

Kredit 111,



eyni zamanda:

Debet 112,

Kredit 206;


  • TTA obyekti tam amortizasiya olunduqda:

Debet 112,

Kredit 111;



  • TTA obyekti tam amortizasiya olunmadan təsərrüfatdan çıxdıqda:

Debet 731,

Kredit 111,



eyni zmanda:

Debet 112, Kredit 731.



  • TTA obyektlərinin satılması və ya əvəzsiz verilməsi ilə əlaqədar xərclər əks etdirildikdə:

Debet 731,

Kredit 206;



  • TTA obyektlərinin satışından gəlirlərin tanınmış məbləğinə:

Debet 171,172,177,211,212,217,

Kredit 611.



  • Təqdim edilmiş (satılmış) obyektlərə görə hesablanmış ƏDV məbləğinə:

Debet 171,172,177,211,212,217,

Kredit 545.



  • Büdcə qarşısında büdcə öhdəliklərinin yaranmış məbləğinə:

Debet 545,

Kredit 521;



  • Satılmış TTA obyektlərindən olan gəlirlərin mənfəətə silinmiş məbləğinə:

Debet 611,

Kredit 801;



  • Satılmış, silinmiş TTA obyektləri üzrə hesablanmış xərclər (zərərlər) məbləğinə:

Debet 801, Kredit 731.

  • TTA obyektlərinin tanınmasının dayandırılması zamanı onların yenidən qiymətləndirilməsindən yaranmış yenidənqiymətləndirilmə ehtiyatlarının bölüş- dürülməmiş mənfəətə silinmiş məbləğinə:

Debet 331,

Kredit 343.



  • TTA obyektləri maliyyə icarəsinə verildikdə:

  1. ilkin dəyər məbləğinə:

Debet 174, 214, Kredit 111;

(b) yığılmış amortizasiya və qiymətdəndüşmədən zərər məbləğinə:

Debet 112, kredit 174, 214.


  • TTA obyektləriəksik gəldikdə və həin əksikgəlmələr bazar qiymətləri ilə təqsirkar şəxslərə aid edildikdə:

  1. Debet 217, kredit 611 - bazar qiyməti məbləğinə;

  2. Debet 217, kredit 545 - bazar qiymətinə görə hesablanmış ƏDV məbləğinə;

  3. Debet 217, kredit 521 – ƏDV büdcə qarşısında borca aid edildikdə;

  4. Debet 731, kredit 111, 113 – onların ilkin dəyərinin silinməsinə;

  5. Debet 112, kredit 731 – yığılmış amortizasiyanın və qiymətdəndüşmə zərərlərinin silinməsi məbləğinə;

  6. Debet 731, kredit 545 – balans dəyərinin bazar dəyərindən yuxarı olan məbləğinə hesablanmış ƏDV məbləğinə;

  7. Debet 545, kredit 521 – ƏDV-nin büdcə qarşısında borc kimi əks etdirilən məbləğinə;

  • TTA obyektləri əksik gəldikdə və həmin əksikgəlmələr təqsirkar şəxslərə aid oluna bilmədikdə:

  1. Debet 731, kredit 111, 113 – balans dəyəri məbləğinə;

  2. Debet 112, kredit 731 – həmin obyektlər üzrə yığılmış amortizasiya vəyığılmış qiymətdəndüşmə zərərlərinin silinməsi məbləğinə;

  3. Debet 731, kredit 241-1 – ƏDV əvəzləşdirilmədiyi halda;

  4. Debet 731, kredit 521- ƏDV əvəzləşdirildiyi halda.

  • TTA-nın qiymətdəndüşməsi, itirilməsi və ya verilməsi üçüncü tərəfin vasitəsilə kompensasiya olunarsa, onda həmin kompensasiyanın alınmalı olduğu tarixdə o mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əks etdirilməli və bu zaman aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır:

Debet 217,

Kredit 611;



daha sonra:

Debet 801,

Kredit 611.

Uzunmüddətli maddi aktivlərin digər növlərinin (İDƏ-nin, bioloji aktivlərin, faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlərin) tanınmasının dayandırılması zamanı da oxşar mühasibat yazılışları tərtib edilir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin