Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


QMA -nın faydalı istifadə müddəti



Yüklə 1,21 Mb.
səhifə110/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   106   107   108   109   110   111   112   113   ...   124
Maliyyə mühazirələr hamısı(1)

QMA -nın faydalı istifadə müddəti :

a) təşkilatın aktivin istifadəsini nəzərdə tutduğu vaxt müddətidir ; yaxud

b) təşkilatın aktivin istifadəsindən gözlədiyi istehsal vahidlərinin yaxud oxşar vahidlərin miqdarıdır (MHBS (İAS) 38, maddə 8).

MHBS (İAS) 38 yuxarıda göstərilən anlayışlarla yanaşı aşağıdakı anlayışların da açıqlamasını verir :

* aktiv bazar ;

* amortizasiya ;

* ədalətli dəyər ;

* qiymətdəndüşmədən olan zərər;

* ləğv dəyəri;

* monetar aktivlər və s.

Həminanlyışların açıqlanması eynən mövzu 6-də olduğu kimidir.

İdentifikasiya

QMA -nın tərifi konteksində aktiv identifikasiya olunma kriteriyalarına o zaman cavab verir ki ; o:

a) fərdi qaydada , ya müvafiq müqavilə,aktiv yaxud öhdəlik ilə birlikdə sonrakı satış, təqdim edilmək , lisenziyalaşdırmaq,icarəyə verilmək,yaxud mübadilə olunmaq üçün təşkilatdan ayrıla bilər ; yaxud

c) müqavilə hüquqlarından yaxud digər ixtiyari hüquqlardan yaranır. bu zaman həmin hüquqların təşkilatdan verilməsi,ayrılması yaxud digər hüquqlardan və öhdəliklərdən ayrılması nəzərə alınmır ((MHBS (İAS) 38, maddə 12).

İdentifikasiyalaşdırıla bilinməyən QMA- laraqüdviliaid etmək olar.Qüdvil bir şirkətin digər şirkəti satın alması zamanı yaranır və o identfikasiya olunmur. Qüdvil satınalma yolu ilə əldə edilən şirkətin identfikasiyalaşdırılan xalis aktivlərinə, onların ədalətli dəyərindən artıq qoyulmuş investisiyaların məbləği kimi müəyyən edilir

Təsnifat

Təşkilat elmi və texniki biliklərin,yeni proseslərin və sistemlərin, lisenziyaların ,intellektual mülkiyyətin, bazarın öyrənilməsi üzrə biliklərin və mal nişanlarının (ticarət markaları və nəşr hüquqları da daxil olmaqla ) əldə olunması , işlənilməsi,yaxud qeyri-maddi aktivlərə xidmət göstərilməsi,yaxud möhkəmlən- dirilməsi zamanı resurslar sərf edir və öhdəliklər daşıyır.Həmin geniş kateqo- riyalarla əhatə olunan maddələrin geniş yayılmış növləri bunlardır :

-kompüter proqram təminatı,

-patentlər,

-müəllif hüquqları,

-kinofilmlər,

-müştəri siyahıları,

-satış üçün hüquqlar,

-idxal kvotaları ,

-franşizlər,

-balılq ovlamaq üçün lisenziyalar və s.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin