2.1. Maliyyə uçotu-hesabatı prinsipləri haqqında ümumi anlayış
Nəzəriyyə tərəfindən formallaşdırılmış olan mücərrəd anlayışlar, məsələn aktivlər, öhdəliklər, gəlirlər və s., metodologiyanın elementləri (prinsipləri, metodları, üsulları, və s prosedurları) tətbiq edilməklə kəmiyyiətə çevrilir. Maliyyə uçotuna rəğmən “prinsip” sözünü onun substansiyası kimi qəbul etmək olar. Prinsip maliyyə uçotunun aparlması və hesabatının tətib edilməsinin ilkin nöqtəsi rolunu oynayır, həmin işlərin yerinə yetirilməsinin ilkin izahını verir və hərəkət üçün əsas hesab olunur. Maliyyə uçotu və hesabatında tətbiq edilən baza prinsipləri və digər prinsiplər həm də tənzimləyici prinsiplər kimi çıxış edir, yəni uçotun və hesabatın instrumental əsasını yaradır. Uçot, onun nəzəriyyəsi və metodologiyası, o cümlədən təsərrüfatçılıq subyekti prinsipi yalnız müəssisə və təçkilatların fəaliyyəti çərçivəsində tətbiq edilə bilər və informasiya formalaşdıra bilər.
Dostları ilə paylaş: |