Öhdəliklərin təsnifləşdirilməsi
Cari öhdəlik=Qısamüddətli öhdəlik
GƏLİRLƏR
Gəlir, mühasibat uçotu dövrü ərzində, iqtisadi faydadakı artımı aşağıdakı formalarda təcəssüm etdirir:
Birbaşa mədaxillər, Aktivlərin artımı, Öhdəliklərin azalması
Gəlir aşağıdakı kateqoriyalara bölünür:
Gəlirlər – müəssisənin mütəmadi (təkrarlanan) fəaliyyətindən əldə olunan faydaları təmsil edir, məs., satış gəlirləri, haqq və komissiya gəlirləri, dividentlər, qonorar və icarə haqqı.
Qazanclar – müəssisənin davamlı olmayan (təkrarlanmayan) fəaliyyətindən əmələ gələn faydaları təmsil edir, məsələn, əmlakın satışından əldə olunan qazanc.
Məcmu gəlirlər (daha geniş) – bu həm gəlirləri, həm də qazancları əhatə edir.
XƏRCLƏR
Xərc, gəlir əldə etmək üçün çəkilən məsrəflərdir. Xərclər mühasibat uçotu dövrü ərzində iqtisadi dəyərdəki azalmanı aşağıdakı formalarda təcəssüm etdirir:
Birbaşa məxariclər və ya
Aktivin dəyərinin azalması və ya
Öhdəliklərin yaranması
MƏSƏLƏ-NÜMUNƏ 1
Dostları ilə paylaş: |