Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Maliyyə uçotunun konseptual əsasları



Yüklə 1,21 Mb.
səhifə13/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   9   10   11   12   13   14   15   16   ...   124
Maliyyə mühazirələr hamısı(1)

1.5.Maliyyə uçotunun konseptual əsasları

Maliyyə hesabatının dünya biznes sferasında, xüsusilə də fond birjalarında dolaşan informasiyası Ümumqəbul Olunmuş Mühasibat Uçotu Prinsipləri (Generally Assepted Accounting Principles – GAAP), Maliyyə hesabatının Konseptual əsasları və onların bazasında işlənib hazırlanmış milli və beynəlxalq stantartlar əsasında təmin olunur. GAAP-lar (ABŞ GAAP-ı, İngiltərə GAAP-ı, Almaniya GAAP-ı, Avstraliya GAAP-ı və s.) özləri standartlar deyildirlər.Müxtəlif təşkilatlar, məsələn, ABŞ-da FASBGAAP əsasında milli uçot-hesabat standartları, Beynəlxalq miqyasda isə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Şurası (MHBSŞ) Konseptual əsasların bazasında benəlxalq uçot –hesabat standartlar işləyib hazırlayır və dərc edirlər. Qeyd etmək lazımdır ki, ABŞ və İngiltərə GAAP-ları əsasında işlənib hazırlanmış standartlar beynəlxalq miqyasda tanınmışdır və bir çox ölkələrdə real olaraq tətbiq edilir. Beynəlxalq standartların işlənib hazırlanmasında GAAP-ların böyük rolu olmuşdur.

Azərbaycanda uçot və hesabatın konseptual, nəzər-metodoloji bazasını bilavasitə MHBSŞ tərəfindən işlənib hazırlanmış və qüvvəyə minmiş Maliyyə hesabatının təqdim edilməsinin Konseptual əsasları təşkil edir. MHBSŞ yarandığı tarixdən indiyə qədər 3 Konseptual sənəd işləyib hazırlamışdır: “Maliyyə hesabatının hazırlanması və tərtib edilməsi Prinsipləri” (1989 –cu ildə); “Maliyyə hesabatının Konseptual əsasları” (2010 –cu ildə); “Maliyyə hesabatlarının təqdim edilməsinin Konseptual əsasları” (2018-ci ildə).

MHBSŞ-nin (International Financial Reporting Standards Board- IFRSB) 2018-ci ilin mart ayının 29-da dərc etdiyi “Maliyyə hesabatlarıının təqdim edilməsinin Konseptual əsasları” (bundan sonra- Konseptual əsaslar 2018) özündən əvvəlki iki sənədi tamamilə əvəz etmişdir.

Konseptual əsaslar 2018 ümumi təyinatlı maliyyə hesabatının məqsədini və prinsiplərini təsvir edir.Konseptual əsaslar 2018-in məqsədləri aşağıdakılardan ibarətdir:


  1. MHBS –ların işlənib hazırlanmasında MHBS Şurasına köməklik göstərmək;

  2. Uçot siyasətinin işlənib hazırlanmasında maliyyə hesabatını tərtib edənlərə kömək etmək;

  3. Standartların başa düşülməsində və interpretasiyasında tərəflərə köməklik göstərmək.

Konseptual əsaslar standart deyildir, onlar maliyyə uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi üzrə standartların fundamentidir.

Ümumi təyinatlı maliyyə hesabatlarının təqdim edilməsinin məqsədi - Konseptual əsasların fundamental bazasını yaradır.

Konseptual əsaslar 2018-in məzmunu aşağıdakılardan ibarətdir:

1.Konseptual əsasların statusu və təyinatı;

2. Ümumi təyinatlı maliyyə hesabatlarının təqdim edilməsinin məqsədi (Fəsil 1);

3.Faydalı maliyyə informasiyasının keyfiyyət xarakteristikaları (Fəsil 2);

4. Maliyyə hesabatlılığı və hesabat verən təşkilat (Fəsil 3);

5.Maliyyə hesabatının elementləri (Fəsil 4);

6. Tanınma və tanınmanın dayandırılması (Fəsil 5);

7.Qiymətləndirilmə (Fəsil 6);

8. İnformasiyanın təqdim edilməsi və açıqlanması (Fəsil 7);

9. Kapitalın konsepsiyaları və kapitalın saxlanılması (Fəsil 8).



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin