Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə10/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   6   7   8   9   10   11   12   13   ...   124
Maliyyə mühazirələr hamısı(1)

Kommandit ortaqlığı – elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəa­liyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üşün qoy­duqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəa­liy­yətində iştirak etməyən bir və bir neçə iştirakçısı –maya qoyanı (kommanditçi) vardır.

Məhdud məsuliyyətli cəmiyyət –bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüququ şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir.Məhdud məsuliyyətli cəmiyyətin (MMC) iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır, cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. MMC öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalına təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra keçirilir. MMC-nin firma adında cəmiyyətin adı, habelə “məhdud məsuliyyətli cəmiyyət” sözləri yazılmalıdır.Müəssisənin nizamnamə kapitalı onun təsisçilərinin pul ifadəsin­də qoyduqları payların məcmusudur.Paylar pul, qiymətli kağızlar, digər əmlak, əmlak hüquqları və pul ifadəsində qiyməti olan başqa hüquqlar  şək- lində qoyula bilər.

MMC-nin  hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır.   MMC-nin qanunla müəyyən edilmiş qaydada müflisləşmə və iflas ehtimalı yarandıqda, eləcə də onun xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından az olduqda iştirakçılar arasında mənfəətin bölüşdürülməsinə yol verilmir.



Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, təsisçilərinin hüquq və vəzifələri, habelə onun yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğv edilməsinin ümumi qaydaları Mülki Məcəllə əsasında müəyyən edilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin