1.2.Maliyyə uçotu ilə maliyyə hesabatının qarşılıqlı əlaqəsi və asılılığı
Maliyyə uçotu maliyyə informasiyasının formalaşdırılmasının başlanğıc mərhələsidir.Bu mərhələdə baş vermiş iqtisadi hadisələr və faktlar haqqında məlumatlar ilkin müşahidənin (sənədləşdirmənin) , hesabların, ikili yazılışın, müxtəlif səviyyəli registrlərin və müxtəlif qiymətləndirilmə bazalarının tətbiqi yolu ilə maliyyə informasiyasına çevrilir.Sonuncu mərhələdə maliyyə uçotunun informasiyasının müəyyən edilmiş prinsiplərə və qaydalara uyğun ümumiləşdirilməsi əsasında maliyyə hesabatı hazırlanır və istifadəçilərə təqdim edilir. Maliyyə uçotu informasiyasının məzmununa, keyfiyyəti və faydalılığına olan tələblər konverqensiya əsasaında maliyyə hesabatının hazırlanması və təqdim edilməsi üzrə Konseptual sənədlərdə və müvafiq Beynəlxalq Standartlarda təsbit edilir.
Məlumatların informasiyaya çevrilməsi prosesində maliyyə uçotu özünəməxsus metodoldoji üsullardan və qaydalardan istifadə edir, bunlar da ilkin məlumatların istifadəçilərin tələblərinə uyğun təsnifləşdirilməsinə və ümumiləşdirilməsinə imkan verir. Belə üsullara sənədləşdirilməni, ikili yazılışı, hesabların tətbiqini misal göstərmək olar.Müəyyən registrlərdə təsnifləşdirilmiş və ümumiləşdirilmiş informasya bütünlüklə maliyyə hesabatında əks etdirilmir. Məsələn torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər haqda informasiya maliyyə vəziyyəti haqqında hesabatda müvafiq olaraq yalnız bir maddədə öz əksini tapır, baxmayaraq ki, həmin aktivlərin hər bir növü üzrə maliyyə uçotunda ayrıca informasiya formalaşdırılır. Beləliklə, maliyyə hesabatında əks etdirilən informasiya maliyyə uçotunun formalaşdırmış olduğu informasiyanın aqreqasiyalaşdırılmış kəmiyyətini əks etdirir.Maliyyə uçotunun informasiya formalaşdırdığı bütün obyektlər maliyyə hesabatında aktivlər kimi tanınmır.Məsələn,tədqiqatlar mərhələsində sərf edilmiş məsrəflər, kapitallaşdırılmır, yəni maliyyə vəziyyəti haqqında hesabatda qeyri-maddi aktiv kimi tanınmır.
Müaliyyə uçotunda formalaşdırılmış məlumatlar, informasiya məxvi xarakteri daşıyır, yəni onlar kənar istifadəçilərə təqdim edilə bilməz,halbuki, maliyyə hesabatı təsdiq edildikdən və dərc edildikdən sonra bütün istifadəçilər üçün açıqdır.
Maliyyə uçotu baş verən iqtisadi hadisələr və faktlar haqqında məlumatları başdan başa və fasiləsiz yığır, emal edir və informasiyaya çevirirsə, maliyyə hesabatı informasiyını müəyyən dövrlər üçün təqdim edir. Bu baxımdan aralıq dövrlərdə və hesabat ilinin yekununda təqdim edilən maliyyə hesabatlarını fərqləndirirlər.
Sırf maliyyə uçotuna aid, ya da sırf maliyyə hesabatına aid qiymətlənirilmə metodları yaxud üsulları yoxdur.Konseptual sənədlərdə və müvafiq standartlarda təsbit edilmiş qiymətləndirilmə bazası və konkret qiymətləndirilmə metodları uçot sistemində tətbiqini tapır, onların nəticələri isə maliyyə hesabatında əks etdirilir.
Əgər maliyyə uçotu bütövlükdə informasiya formalaşdırmaq və nəzarəti həyata keçirmək funksiyalarını yerinə yetirirsə, maliyyə hesabatının funksiyası həmin informasiyanı istifadəçilərin tələblərinə uyğun strukturlaşdırıb onlara təqdim etməkdir. Maliyyə hesabatında informasiya sözlərlə və rəqəmlərlə təqdim edilir.
Maliyyə uçotu və maliyyə hesabatının nəzəri həm də metodoloji bazası ( in- formasiya formalaşdırma prinsipləri, metodları və üsullarının məcmusu) eynilik təşkil edir və bütövlükdə ümumi məqsədə- istifadəçilərin tələblərinə uyğun gələn faydalı informasiya təqdim etmək məqsədinə xidmət edir. Bununla belə, maliyyə uçotu tez bir zamanda istifadəçilərin dəyişən tələblərinə uyğun informasiya formalaşdırmaq iqtidarında deyildir.Çünki dəyişilən tələblər uçotun nəzəriyyəsində, xüsusilə də metodologiyasında da dəyişikliklərin aparılmasını ehtiva edir.
Beləliklə, maliyyə uçotu müəssisənin fəaliyyəti prosesində baş verən maliyyə əməliyyatlarını müşahidə edir (sənədləşdirir), qiymətləndirir, ikili yazılış qaydasında hesablarda əks etdirir və ümumiləşdirərək informasiya şəklinə salır,maliyyə hesabatı vasitəsilə həmin informasiya sözlər və rəqəmlər şəklində istifadəçilərə təqdim olunur.
Dostları ilə paylaş: |