İnformasiyanın təsnifatı - Aktivlər, kapital, öhdəliklər, gəlirlər, xərclər, eləcə də iqtisadi hadisələr və faktlar haqqında uçot informasiyasının müəyyən əlamətlər üzrə və müəyyən məqsədlər üçün qruplaşdırılması və əks etdirilməsidir.
İnformasiyanın ümumiləşdirilməsi –uçot informasiyasının sintetik uçot registrlərində və maliyyə hesabatında aqreqasiyalaşdırılması və əks etdirilməsidir.
Uçotun başdan başa aparılması- o deməkdir ki, uçotun informasiyası bütün elementləri, obyektləri, iqtisadi hadisələri və faktları əhatə edir.