Maliyyə uçotu mühasibat uçotunun yarımsistemlərindən biridir. Mühasibat uçotunun digər yarımsistemini idarəetmə uçotu təşkil edir. Maliyyə uçotu adətən maliyyə qərarlarının qəbul edilməsi üçün nəzərdə tutulan informasiya yarımsistemidir. İdarəetmə uçotu, idarəetmə qərarları üçün informasiya hazırlayan yarımsistemdir.
Fərqləndirməgöstəriciləri
|
Maliyyəuçotu
|
İdarəetməuçotu
|
1
|
2
|
3
|
1. Məqsədləri
|
Kənar istifadəçilərin iqtisadi qərarlar qəbul etmələri üçün maliyyə hesabatında münasib və dürüst informasiya formalaşdırmaq
|
Müəssisə rəhbərləri və menecerləri tərəfindən iqtisadi qərarların qəbul edilməsi, planlaşdırmanın,proqnozlaşdırmanın və nəzarətin həyata keçirilməsi üçün informasiya formalaşdırmaq
|
2.İnformasiyanın istifadəçiləri
|
Bilavasitə kənar istifadəçilər
|
Daxili istifadəçilər(rəhbərlər, menecerlər, daxili struktur bölmələrinin rəhbər və mütəxəssisləri, müəssisənin digər işçiləri)
|
3.İnformasiyanın formalaşdırılması vaxtı
|
Bilavasitə keçmiş əməliyyatlar və hadisələr üzrə informasiya formalaşdırır
|
Həm keçmiş əməliyyatlar və hadisələr, həm də gələcəkdə baş verəcək əməliyyatlar və hadisələr üzrə informasiya formalaşdırır
|
4.Aparılmasının məcburi olması
|
Aparılması məcburi xarakter daşıyır və sonda hesabat dərc edilməlidir
|
Aparılması daxili tələblərdən irəli gəlir, lazım olduqda məcburidir
|
5.İnformasiya formalaşdırma obyekti
|
Bütövlükdə müəssisə, onun
Aktivləri,Kapitalı, Öhdəlikləri, Gəlirləri və Xərcləri.
|
Müəssisənin struktur bölmələri, məsuliyyət mərkəzləri, xərc mərkəzləri, seqmentlər və s.
|
6.İnformasiyanın formalaşdırılması üsulları
|
Maliyyə uçotu və hesabatının metododologiyası, onun metodları və qaydalarının məcmusu
|
Mühasibat uçotu metodunun elementləri və digər xüsusi üsullar əsasında (məsələn, statistik, iqtisadi-riyazi üsullar və s.)
|
|
|
7.Xərclər üzrə informasiyanın formalaşdırılması
|
Xərclərin xarakteri (məzmunu) və təyinatı üzrə
|
Kalkulyasiya maddələri və müxtəlif təsnifat əlamətləri üzrə
|
8.İnformasiyanın dəqiqlik dərəcəsi
|
Sənədlərə əsaslanan, yoxlanıla bilən dürüst informasiya, hesabi təxminlərə əsaslanan informasiya
|
Sənədlərə əsaslanan, yoxlanıla bilən dürüst informasiya, təqribi, (təxmini) proqnoz xarakterli və s. informasiya
|
9.İnformasiyanın verilməsinin dövrülüyü
|
Aralıq və illik
|
İstənilən dövrdə (illik, rüblük, həftəlik, günlükvə s.)
|
10. Hesabatın verilməsi müddətləri
|
Aralıq və illik hesabatların verilməsi müddətləri rəsmi orqanlar tərəfindən yaxud müvafiq normativ sənədlər əsasında müəyyən edilir
|
Hesabatların verilməsi müddətləri müəssisənin daxili tələbləri və ehtiyacları əsasında müəyyən edilir
|
11.Hesabatda əks etdirilən informasiyanın əldə edilməsi üçün açıq olması
|
Bütün istifadəçilər qrupları tərəfindən əldə edilə və istifadə oluna bilər, çünki dövrü mətbuatda dərce dilir
|
Kommersiya sirri olduğuna görə yalnız daxili istifadəçilər tərəfindən əldə edilə və istifadə oluna bilər
|
12.Uçotun prinsipləri
|
Maliyyə uçotu ümum qəbul edilmiş Konseptual və onların bazasında hazırlanmış standartlar və qaydalar əsasında qurulur
|
İdarəetmə uçotunun qurulmasında ümum qəbul edilmiş standartlar və qaydalar yoxdur, hərçənd ki, ümum qəbul edilmiş prinsiplər idarəetmə uçotununda qurulması əsasında qoyula bilər və bəzi prinsiplər hər iki uçot növü üçün eynidir (məsələn, ikili yazılış prinsipi). Ancaq idarəetmə uçotunun əsas prinsipləri- idarəetmə qərarları
|