Uçotun aparılmasının fasiləsizliyi - aktivlərin, kapital və öhdəliklərin, gəlirlərin, xərclərin mövcudluğu və hərəkəti, eləcə də iqtisadi hadisələr və faktlar haqqında uçot məlumatlarının/informasiyasının daimi əsasda və sistematik olaraq sənədlərdə, həmçinin müxtəlif registrlərdə əks etdirilməsidir.
İqtisadi hadisələrin və faktların sənədlərlə rəsmiyyətə salınması- iqtisadi hadisə və faktların hüquqi qüvvəyə malik olan sənədlərdə ilkin olaraq təsbit (qeyd) edilməsidir. Sənədlərdə əks etdirilmiş ilkin məlumatlar daha sonra analitik və sintetik uçot registrlərində təsnifləşdirilir və ümumiləşdirilir. Bu, informasiyanın yoxlanıla bilməsini təmin edir.