Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə11/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   7   8   9   10   11   12   13   14   ...   124
Maliyyə mühazirələr hamısı(1)

Səhmdar cəmiyyəti – nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyətdir. Səhmdar cəmiyyətləri də MMC-dir. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüquqları vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi hesabına və maliyyə-təsərrüfat fəaliyyəti və digər mənbəələr hesabına yaradılır. Səhmdar cəmiyyəti hər bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Səhmdar cəmiyyətinin firma adında cəmiyyətin adı, habelə “açıq səhmdar cəmiyyəti” və ya “qapalı səhmdar cəmiyyəti” sözləri yazılmalıdır. 

Səhmdar cəmiyyətinin hüquqi vəziyyəti, təsisçilərinin hüquq və vəzifələri, habelə onun yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğv edilməsinin ümumi qaydaları Mülki Məcəllə əsasında müəyyən olunur.



Səhmdar cəmiyyətləri iki tip olur: Açıq Səhmdar Cəmiiyəti (ASC) və Qapalı Səhmdar Cəmiyyəti (QSC).

Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə , o, Açıq Səhmdar Cəmiyyəti sayılır. Bu cür cəmiyyətin buraxdığı səhmlər açıq abunə yolu ilə yerləşdirilir və fond biralarında açıq şəkildə alınıb satılır. ASC-lər özlərinin maliyyə hesabatlarını açıq şəkildə dərc etdirməyə borcludurlar.

Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti Qapalı Səhmdar Cəmiyyəti hesab olunur.QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz. QSC iştirakçılarının sayı məhduddur, bu say müvafiq icra hakimiyyətinin orqanı tərəfindən müəyyənləşdirilir. Həmin say həddi aşıldıqda cəmiyyət ASC-yə çevrilməlidir. QSC-nin səhmləri yalnız bütün səhmdarların icazəsi olmaqla kənar şəxslərə satıla bilər.




    1. Yüklə 1,21 Mb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin