Hesablama metodu ilə uçot prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, əməliyyatların və sair hadisələrin nəticələri onlara aid pul vəsaitlərinin yaxud onların ekvivalentlərinin daxil olması ya da ödənilməsi zamanı deyil, onların baş verməsi faktı üzrə tanınır. Onlar uçot yazılışlarında və maliyyə hesabatlarında baş verdikləri dövrdə əks etdirilir. Məsələn, A şirkəti B şirkətinə 1.03.20X1 tarixində 100 000 manat məbləğində mal göndərmişdir. Malın dəyərinin ödənilməsi 1.06.20X1 tarixində baş vermişdir. Deməli, hesablama metodu ilə uçot prinsipinə əsasən əməliyyat uçotda 01.06.20X1 tarixində, yəni pul vəsaitlərinin daxil olduğu tarixdə deyil, 1.03.20X1 tarixində, yəni malın göndərildiyi tarixdə əks etdirilməlidir.