Kartoçkalar qalın kağızlardan və ya standart ölçülü kartonlardan tipoqrafiya üsulu ilə hazırlanmış ayrı-ayrı cədvəllərdir ki, onların formatı və forması müxtəlif ola bilər. Onlar kitab halında tikilməyərək xüsusi ölçülü qutularda saxlanılır ki, həmin qutular kartoçka ilə birlikdə “kartoteka” adlanır.
Uçot obyektləri üçün açılmış kartoçka sıra sayı verilməklə xüsusi reystrdə qeydə alınır ki, bu da açılmış kartoçkaların mövcudluğuna nəzarət etməyə imkan yaradır. Onlar da müəyyən müsbət cəhətlərə (texniki vasitələrdən istifadə, işçilər arasında əmək bölgüsünə və s.) və mənfi cəhətlərə (itmə, yenisi ilə əvəz olunma və s.) malikdir. Onların əsasən 3 mühüm növünü- kontokorrent( debet və kredit sutunu olan), materal (mədaxil, məxaric və qalıq sutunu olan), çoxsutunlu növlərindən istifadə edilir.
Dostları ilə paylaş: |