Marketinqin prinsipləri. Marketinqin funksiyaları yerinə yetirilərkən bir sıra ümumi prinsiplərə əməl etmək lazımdır. Marketinqin prinsipləri dedikdə marketinqin əsasını təşkil edən, bunun mahiyyətini və təyinatını açan müddəalar, hallar və tələblər başa düşülür. Marketinq fəaliyyəti aşağıdakı prin-siplərə əsaslanır:
1. Təsərrüfat qərarlarının qəbulu zamanı istehlakçıların tələbatının və alış motivlərinin, tələbin və bazar konyukturasının müasir vəziyyətinin və inkişaf dinamikasının aşkar edilməsi və onların nəzərə alınması.
2. İstehsalın bazarın tələbatına, tələbin quruluşuna uyğunlaşdırılması;
3. Bütün mümkün vasitələrlə istehlakçılara təsir edilməsi, tələbatın yaradılması;
4. İstehsal-satış fəaliyyətinin yüksək effektlə həyata keçirilməsi;
5. Qarşıya qoyulan məqsədə nail olmaq üçün proqram-məqsədli və sistemli yanaşma metodunun tətbiq edilməsi;
6. Müəssisənin, ayrı-ayrı istehlakçıların və bütünlükdə jəmiyyətin mənafeyinin uzlaşdırılması;.
7. Marketinq fəaliyyətinin situasiyalı təhlili;
8. Marketinq fəaliyyətində insan amilinin güjləndirilməsi, bütün işçilərdə sahibkarlıq hissinin yaradılması və onlara müəssisənin məqsədinə nail olunmasında vəzifələrinin və oynadıqları rolun izah edilməsi.
Dostları ilə paylaş: |