Mövzu Marketinq müəssisələrin istehsal-satış fəaliyyətinin idarə edilməsinin bazar konsepsiyasıdır Plan



Yüklə 0,8 Mb.
səhifə4/13
tarix02.01.2022
ölçüsü0,8 Mb.
#41450
1   2   3   4   5   6   7   8   9   ...   13
M-vzu-1

1.2. Marketinqin formaları

Müxtəlif müəssisə və təşkilatlar istehsal-satış fəaliyyəti qarşısında qoyulan məqsəd və vəzifələri yüksək effektlə həyata keçirmək üçün müxtəlif bazar situasi-yalarında, qarşıya qoyulan məqsəddən asılı olaraq marketinqin müxtəlif formalarından istifadə edirlər. Buna görə də marketinqin formalarının öyrənilməsi, konkret situasiyaya uyğun gələn marketinq formalarının seçilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Marketinq: a) bazarın əhatəetmə dərəjəsinə; b) milli iqtisadiyyatın səviyyə-sini əhatəetmə dərəjəsinə; j) tətbiq edildiyi sahələrinin və ya məhsulun, fəaliyyət xarakterinə; ç) bazar seqmentlərini əhatəetmə səviyyəsinə; d) tələbatın ödənilmə səviyyəsinə və e) istehlakçılarla ünsiyyət üsuluna görə təsnifləşdirilir. Bu əlamətlərə görə marketinqin müxtəlif formaları vardır.

Bazarları əhatəetmə dərəjəsinə görə marketinq daxili marketinqə və beynəlxalq marke­tinqə bölünür.

Daxili marketinq dedikdə müəssisənin yerləşdiyi ölkənin hüdudları (sərhədləri) daxilin­dəki bazarlarda həyata keçirilən marketinq fəaliyyəti başa düşülür.

Beynəlxalq marketinq dedikdə isə müəssisənin yerləşdiyi ölkənin hüdud-larından kənarda yerləşən və ölkə müəssisələrinin fəaliyyət göstərdiyi bazar-larda, yəni beynəlxalq bazarlarda həyata keçirilən marketinq fəaliyyəti başa düşülür.

Milli iqtisadiyyatın səviyyəsini əhatəetmə dərəjəsinə görə marketinq mikro-marketinqə və makromarketinqə bölünür.

Mikromarketinq ayrı-ayrı müəssisə və kommersiya təşkilatları səviyyəsində həyata keçi­rilən marketinq fəaliyyətidir. Mikromarketinq, əsasən, istehsalçının və istehlakçının mənafe­yi­ni nəzərə alır və onları uzlaşdırmağa imkan verir.

Makromarketinq bütünlükdə ölkə və onun ayrı-ayrı regionları, zonaları səviyyəsində həyata keçirilən marketinq fəaliyyətidir. Makromarketinqin pred-meti marketinqlə jəmiyyətin qarşılıqlı münasibətlərinin uzlaşdırılmasıdır. Mak-romarke­tinq alıjının, istehlakçının «səsinə» qulaq asan sistem yaradır, inves-tisiyaları və istehsalı tələbatın aşkar edilməsinə yönəldir, innovasiyanı və sahib-karlıq fəaliyyətini stimullaşdırır.

Tətbiq edildiyi fəaliyyət sahəsinin məqsədinin xarakterinə görə marketinq kommersiya marke­tin­qi­nə və qeyri-kommersiya marketinqinə bölünür.

Fəaliyyətinin məqsədi mənfəət, gəlir əldə etmək olan müəssisələrdə və təş­kilatlarda tətbiq edilən marketinq kommersiya marketinqi adlanır. Kommersiya marketinqi məhsullar marke­tin­qinə, xidmət marketinqinə və ixraj marketinqinə bölünür.

Məhsullar marketinqi öz növbəsində sənaye məhsulları (istehsal vasitələri) marketinqinə, istehlak məhsulları (istehlak vasitələri) marke­tinqinə, kənd təsərrüfatı məhsulları marketinqinə və tikinti obyektləri marketinqinə bölünür. Bu marketinq formaları adlarına uyğun olaraq tətbiq edildiyi obyekt üzrə marketinq fəaliyyətini həyata keçirirlər. Buna görə də, konkret məhsul növlərinin istehsal və satış fəaliyyətinin spesifik xüsusiyyətlərindən, bu fəaliyyətə təsir edən amillərin müxtəlifliyindən və digər amillərdən asılı olaraq həmin marketinq formalarının strategiyası və taktikası müxtəlif ola bilər.

Xidmət marketinqi dedikdə məqsədi mənfəət, gəlir əldə etmək olan xidmət sahələrində tətbiq edilən marketinq başa düşülür. Xidmət marketinqinə bank marketinqi, sığorta marke­tin­qi, turizm marketinqi və s. aid edilir.

Məqsədi mənfəət, gəlir əldə etmək olmayan fəaliyyət sahələrində tətbiq edi­lən marketinq qeyri-kommersiya marketinqi adlanır. Qeyri-kommersiya marke­tin­qinə təşkilatların marketinqi, ayrı-ayrı şəxslərin marke­tinqi, ərazi marketinqi və ideya marketinqi aiddir. Bu marketinq for­ma­larının məq­sədi tətbiq edildiyi obyektin müsbət imijinin yaradılması və onun saxlanması, ijti­maiyyətin həmin obyektə münasibətinin yaxşılığa doğru dəyişməsi üzrə fəaliyyətin həyata keçirilməsidir.



Bazar seqmentini əhatəetmə səviyyəsinə görə marketinq a) differensiallaş­dırıl­mamış marketinqə; b) differensiallaş­dı­rılmış marketinqə və j) təmərküz­ləş­di­rilmiş marketinqə bölünür. Müəssisənin bazarda müvəffəqiyyəti həllediji dərəjə­də bu marketinq formalarının düzgün seçilməsindən və tətbiq edilməsindən asılıdır.

Differensiallaşdırılmamış marketinq dedikdə müəssisənin eyni bir təkliflə bazarın bütün seqmentlərinə, bütün istehlakçılara mürajiət etməsi və onları ələ keçirməyə jəhd etməsi başa düşülür.

Differensiallaşdırılmış marketinqin əsasını istehlakçı­ların alış motivlə­rin­dən, davranış tərzindən və digər əlamət­lərdən asılı olaraq seqmentlərə bölünməsi və müəssisənin məhdud sayda bazar seqmentində fəaliyyət göstərməsi ideyası təşkil edir.

Təmərküzləşmiş marketinq müəssisənin marketinq fəaliyyətinin yüksək alıjılıq qabiliyyəti olan və az öyrənilmiş, həmçinin bazar «sıxınajağı» («ajlığı») olan seqmentlərdə, subseq­ment­lərdə jəmləşdirilməsini və həmin seqmentin tamamilə və ya əsas hissəsinin ələ keçirilməsini nəzərdə tutur.

Tələbatın ödənilmə səviyyəsindən asılı olaraq marketinqin aşağıdakı formaları vardır:

  1. Konversiya marketinqi. Marketinqin bu forması bazarda müəssisənin məhsuluna neqativ tələbat olduğu halda tətbiq edilir.

  2. Həvəsləndiriji marketinq. Bu marketinq forması istehlakçılar müəssisənin məhsuluna maraq göstərmədiyi halda tətbiq edilir.

  3. İnkişaf edən marketinq. İnkişaf edən marketinq müəssisənin məhsuluna potensial tələbat olduğu halda tətbiq edilir və vəzifəsi potensial tələbatı real tələ­bata çevirməkdir.

  4. Remarketinq. O, bazarda müəssisənin məhsuluna tələbatın aşağı düşməyə başladığı halda tətbiq edilir və məqsədi bu halın aradan qaldırılması və ya heç olmasa onun aşağı düşmə tempini azaltmaqdır.

  5. Sinxromarketinq. Marketinqin bu forması müəyyən amillərin təsiri nətijəsində müəssisənin məhsuluna tələbatın həjmi ilin dövrləri üzrə jiddi tərəd-düd etdiyi halda tətbiq edilir və vəzifəsi bu tərəddüdün səviyyəsini azatmaqdır.

  6. Sabit marketinq. Sabit marketinq bazarda tələblə təklif arasında tarazlıq olduğu halda tətbiq edilir və vəzifəsi bu tarazlığın pozulmasının qarşısının alın-ması üzrə tədbirlərin həyata keçirilməsidir.

  7. Demarketinq. Bu marketinq forması tələbatın həjmi təklifin həjmindən çox olduğu, yəni «satıjı bazarının» mövjud olduğu və müəssisənin bu tələbatı ödəmək imkanı olmadığı halda tətbiq edilir. Məqsədi müəyyən tədbirlər (məsə-lən, qiymətin artırılması, həvəsləndirmə tədbirlərinin və reklam fəaliyyətinin dayandırılması və s.) vasitəsilə tələbatın həjmini azaltmaqdır.

  8. Əks təsirli marketinq. Əks təsirli marketinq insanın sağlamlığına və ətraf mühitə mənfi təsir göstərən məhsulların istehsalı və satışı zamanı tətbiq edilir və vəzifəsi bu məhsullara tələbatın azaldılması və yaxud həmin məhsulların vurdu-ğu ziyanın səviyyəsini azaltmaqdır.

İstehlakçılara ünsiyyət üsuluna görə marketinq aktiv və passiv marketinqə bölünür. Aktiv marke­tinq istehlakçılara təsir etmənin daha aktiv formalarından: birbaşa marketinqdən, telemarketinqdən, konfrans və seminarlardan, geniş əhali kütləsi arasında sorğuların keçirilməsindən, potensial müştərilərlə fərdi ünsiyyət-dən və s. istifadə etməklə onların məhsul almağa təhrik edilməsini nəzərdə tutur.

Passiv marketinq isə passiv ünsiyyət vasitələrdən istifadə etməklə, həmçinin mətbuatda müəssisənin jari və perspektiv fəaliyyəti haqqında, onun təklif etdiyi məhsul və xidmətlərin üstünlüyü və səmərəsi haqqında məqalələr çap edilməsi, müəssisənin fəaliyyətinə aid pros­pektlərin və hesabatlarının hazırlanması və s. va­sitə­s­ilə istehlakçılara təsir etməni nəzərdə tu­tur.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin